FİFA-dan Qətər açıqlaması
İyun 12
14:02
2017
FİFA-nın prezidenti Cianni İnfanto Qətərlə bağlı açıqlama verib.
"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, İnfanto 2022-ci il futbol üzrə dünya çempionatına hələ 5 il müddət olduğu üçün Qətərin bu yarışlara hazırlaşa biləcəyinə inandığıni bildirib.
Qeyd edək ki, 2022-ci ildə dünya çempionatının Qətərdə keçirilməsi planlaşdırılır.
Son günlərdə bir çox ərəb ölkələri Qətəri terrorizmə dəstək verməkdə ittiham edərək diplomatik əlaqələri kəsib, sanksiyalar tətbiq edib və ölkə böhranla üz-üzə qalıb.