SON XƏBƏR

FİFA-dan xorvatiyalı futbolçuya xəbərdarlıq – Ukrayna şüarına görə

İyul 09
00:56 2018
FİFA Xorvatiya millisinin üzvü Domaqoy Vida ilə bağlı qərarını açıqlayıb.

Qol.az-ın TASS agentliyinə istinadən yaydığı xəbərə görə, ali futbol qurumu DÇ-2018-in 1/4 finalının Rusiya ilə oyunundan sonra paylaşdığı videoda millinin keçmiş futbolçusu Oqnen Vukoyeviçlə birlikdə söylədiyi "Ukrayna üçün” şüarına görə 29 yaşlı müdafiəçiyə xəbərdarlıq edib. Vidanın sonradan bunun sadəcə zarafat olduğunu deməsi də FİFA-nı fikrindən daşındırmayıb.

Qeyd edək ki, Xorvatiya 2:2 hesabı ilə başa çatan matçın penaltilər seriyasında daha dəqiq oynayaraq Rusiyanı mundialdan kənarlaşdırıb və yarımfinalda İngiltərə millisinin rəqibi olub.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook