SON XƏBƏR

FİFA-nın yeni prezidenti seçilir

Fevral 26
14:45 2016
Bu gün İsveçrənin Sürix şəhərində FİFA-nın növbəti prezidenti seçkisi keçiriləcək.
 
Qol.Az-ın məlumatına FİFA-nın Növbədənkənar Konqresində prezidentlik vəzifəsi uğrunda 5 nəfər mübarizə aparacaq. Bunlar İordaniya şahzadəsi Əli bin əl-Hüseyn, UEFA-nın baş katibi Canni İnfantino, Asiya Futbol Konfederasiyasının prezidenti Şeyx Salman ibn-İbrahim əl-Xəlifə, sabiq FİFA baş katibinin köməkçisi Jerom Şampan və Cənubi Afrikadan olan iş adamı Tokyo Seksvaledir.
 
Səsvermə hüququ FİFA-ya üzv 209 milli assosiasiyadan 207-nə verilib. Küveyt və İordaniya isə bu hüquqdan məhrum edilib. Birinci turda qalib olmaq üçün səslərin 2/3 hissəsini, növbəti turlarda isə 50 faizdən 1 səs çox yığmaq lazımdır. Yeni prezident 4 il müddətinə seçiləcək.
 
Qeyd edək ki, konqresdə AFFA-nın prezidenti Rövnəq Abdullayev, vitse-prezident Elşad Nəsirov və baş katib Elxan Məmmədov iştirak edəcək.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook