SON XƏBƏR

“Financial Times” Azərbaycandakı iqtisadi inkişafdan yazdı

İyul 18
08:55 2016
"Financial Times” nəşrinin saytında neftin qiymətinin kəskin ucuzlaşması fonunda Azərbaycanda qeyri-neft sektorunun inkişafı istiqamətində görülən işlərə dair süjet yayımlanıb.
 
AZƏRTAC xəbər verir ki, videomaterialda Azərbaycanın maliyyə naziri Samir Şərifov ölkə iqtisadiyyatında həyata keçirilən islahatlarla bağlı məlumat verir. Süjetdə Azərbaycan dövlətinin sosial sahəyə yatırdığı sərmayədən, o cümlədən məktəb, xəstəxana binalarının tikintisindən, yolların inşasından bəhs olunur, neftin qiymətinin kəskin şəkildə aşağı düşməsinin qeyri-neft sektorunun inkişafı üçün görülən işləri daha da sürətləndirdiyi bildirilir.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook