“Finlandiya “ikinci Ukrayna” ola bilər...” – ABŞ-nin Müharibə Araşdırmaları İnstitutu
Dekabr 27
16:06
2023
Məlum olduğu kimi, Kremlin Ukraynaya qarşı başlatdığı işğalçılıq müharibəsinin ən "uğurlu” nəticələrindən biri də Finlandiya və İsveçin NATO üzvlüyünə qəbuludur. İsveçlə bağlı son qərar bir qədər yubansa da, Finlandiyanın alyansa qəbulu məsələsi artıq həll olunub. Bununla da Ukraynanın NATO üzvlüyü perspektivini işğalçılıq müharibəsinə əsas yaradan səbəb kimi göstərən Rusiya "qulağının dibindəki” Finlandiyanın alyansa qəbul olunması faktı ilə üz-üzə qaldı.
"AzPolitika.info” xəbər verir ki, ABŞ-nin Müharibə Araşdırmaları İnstitutunun(ISW) mütəxəssisləri son hesabatlarında son zamanlar Rusiyada Ukrayna və Finlandiya arasında paralellər aparan ritorikanın xeyli gücləndiyini qeyd ediblər. Bu isə Kremlin gələcək ideoloji və ərazi məqsədlərinin təkcə Ukrayna ilə məhdudlaşmadığını göstərir: "Rusiyalı hərbi blogerlərdən biri dekabrın 26-da bildirib ki, bu yaxınlarda imzalanmış sazişlər sayəsində ABŞ Finlandiya, İsveç və Danimarkadakı 35 hərbi bazaya daxil olmaq imkanı əldə edib. Finlandiya bazalarından biri Rusiya Federasiyası ilə sərhəddən cəmi 137 km məsafədədir. Ümumilikdə Vaşinqtonun Finlandiyada 15, İsveçdə isə 17 hərbi obyektə çıxışı var. Rusiya mənbələrinə görə, Finlandiya öz neonasist təşkilatları və Kareliya Milli Batalyonu kimi millətçi hərəkatların güclənməsi ilə əlaqədar olaraq, "ikinci Ukraynaya” çevrilir”.
Amerikalı mütəxəssislər hesab edirlər ki, Rusiyada Finlandiyada guya güclənən neonasizmin və millətçiliyin xatırladılması Kremlin Ukraynaya qarşı genişmiqyaslı işğalı üçün istifadə etdiyi ideoloji əsaslandırmalara uyğun gəlir: "Son zamanlar Rusiya Federasiyası qonşu ölkəyə hərbi yolla təsir göstərmək üçün bir sıra tədbirlər həyata keçirib. Belə ki, mümkün döyüş zonası Rusiya-Finlandiya sərhədi boyunca yerləşəcək Leninqrad Hərbi Dairəsini yaradıb.
Bununla yanaşı, ISW analitikləri Rusiyanın hazırkı hərbi potensialının Finlandiyanı və ya hər hansı digər NATO ölkəsini təhdid etmək üçün yetərli olduğuna inanmırlar. Amma hərbi ritorika gələcək təhdidlər və alyansla münasibətlərdə gərginlik üçün münbit şərait formalaşdırır ki, bu da Rusiyanın uzunmüddətli hədəfləri ilə bağlı narahatlıq yaradır.
Amerikalı mütəxəssislər hesab edirlər ki, Rusiyada Finlandiyada guya güclənən neonasizmin və millətçiliyin xatırladılması Kremlin Ukraynaya qarşı genişmiqyaslı işğalı üçün istifadə etdiyi ideoloji əsaslandırmalara uyğun gəlir: "Son zamanlar Rusiya Federasiyası qonşu ölkəyə hərbi yolla təsir göstərmək üçün bir sıra tədbirlər həyata keçirib. Belə ki, mümkün döyüş zonası Rusiya-Finlandiya sərhədi boyunca yerləşəcək Leninqrad Hərbi Dairəsini yaradıb.
Finlandiyaya qarşı ritorika və hərbi təhdidlər göstərir ki, Rusiya Federasiyasının Ukraynadakı döyüş meydanından kənarda geniş məqsədləri var, xüsusən də Finlandiyanın NATO-ya bu yaxınlarda daxil olması səbəbindən”.