Finlandiya XİN Türkiyədən üzr istədi
İyul 13
11:11
2023
Finlandiyanın xarici işlər naziri Elina Valtonen maliyyə nazirinin sözlərinə görə Türkiyənin xarici işlər naziri Hakan Fidana üzrxahlığını çatdırıb.
Xatırladaq ki, "Əsl Finlər” partiyasından olan maliyyə naziri Riikka Purra Finlandiya parlamentinin hazırkı sədri Yussi Halla-ahonun bloqunun qonaqlar kitabında "türk meymunları” sözlərini yazıb.
"Hakan Fidan, NATO sammiti zamanı və keçən həftə Brüsseldə səmərəli danışıqlara görə təşəkkür edirəm. Mən də bir neçə il əvvəl yeni hökumətimizin üzvü tərəfindən deyilən nalayiq sözlərə görə üzrxahlığımı çatdırdım. Bunlar bizim dəyərlərimizi əks etdirmir.
Finlandiya Türkiyə ilə ikitərəfli əsasda və müttəfiq kimi əlaqələri yüksək qiymətləndirir”, - XİN rəhbəri Finlandiya Xarici İşlər Nazirliyinin "Twitter” səhifəsində bildirib.