“Finoko” BOKT ASC borc bataqlığında - Şirkət iflas edə bilər
İyun 03
13:35
2020
"Finoko” BOKT Açıq Səhmdar Cəmiyyəti ilk devalvasiyadan öncə götürdüyü dollar kreditini bitirə bilmir.
"Finoko” BOKT, bu krediti götürmədən düz 9 ay öncə iki qardaş Elçin və Elmar Əliyevlər tərəfindən yarı-yarı payla yaradılıb.
Dolların Azərbaycanda qalxması bu BOKT səhmdarlarını heç də çəkindirməyib və yenidən, ikinci devalvasiyadan öncə, yəni, 4 noyabr 2015-ci ildə ikinci dəfə 15% ilə "Dunwich FZE”dən kredit cəlb ediblər. Bu dəfə isə 650 min dollar və ya 1 milyon 105.06 min manat ekvivalentində təşkil edib.
BOKT-un xarici təşkilat qarşısında kredit borcu öhdəliklərinin ümumi həcmi isə 4 il öncə 950 min dollar idi əslində.
Lakin, 1 yanvar 2020-ci ilə əsasən isə "Finoko”nun adıçəkilən təşkilata manatla ekvivalentdə hələ də 1 milyon 703 min manatlıq (1 mln. dollarlıq) borcu qalmaqdadır.
Kreditlər hər ikisi 12 ay müddətinə bağlanmışdı. Yəni, bu kredit borcları 2016-cı ilintamamlanmalı idi. Xarici valyutada olduğunu nəzər alsaq yerli bazar üçün kifayət qədər yüksək faiz dərəcəsidir.
Xarici təşkilata dollarda olan borcunu bağlamasa belə BOKT təkcə 2019-cu il ərzində 3 mln. manat üzərində faizlər üzrə xərclər ödəyib. Bu borcların qarşılığında ölkədə iqtisadi vəziyyətin münbit olduğu 2019-cu ildə 4.79 mln. manatlıq faiz gəliri əldə edib. Bu ildə isə BOKT-un hansı gəlirlərinin hansı istiqamətdə hərəkət edəcəyi maraq doğurur.
BOKT-a kənar audit tərəfindən verilən rəydə bildirilir ki, adıçəkilən təşkilatla kredit müqaviləsi 2015-ci ilin dekabrına qədər uzadılıb.
Bu borclara rəğmən ötən ilin son ayında da "Finoko” hər birinin dəyəri 1000 dollar olan min ədədlik yerli birjada istiqrazlar emissiya edib.
Hazırda borclar belədir: