SON XƏBƏR

Firəngiz Mütəllimovadan illər sonra etiraf

Yanvar 30
10:45 2016
Xalq artisti Firəngiz Mütəllimova "Evləri köndələn yar” filmində rol aldığı mərhum aktyorumuz Telman Adıgözəlovla bağlı xatirələrini bölüşüb.
 
Lent.az axar.az-a istinadən xalq artistinin fikrilərini təqdim edir:
 
"Biz birlikdə veriliş aparanda tamaşaçılar dedi ki, kaş siz tərəf-müqabili olaydınız. Yadımdadır, Telman müəllim o dövrə görə çox zövqlə geyinirdi. İndiyədək onun şərfləri, rəngarəng geyimləri, plaşlarıgözümün önündədir. Gənc idik, həvəslə filmə çəkilirdik. Telman müəllimə ilk dəfə "Nəsimi” filmində baxıb vurulmuşam. Elə bu filmə baxandan sonra aktyorluq sənətinə lap bağlandım. Çünki mən özüm kinoteatr olan məhəllədə yaşamışam. O filmdə də Telmanın bircə dənə görüntüsü var idi. Telmanı çox istəyirdim. O, gənclərə aid bütün verilişlərə çıxırdı. Qismət elə gətirdi ki, mən 4-cü kursda oxuyanda Telman müəllimlə tanış oldum. Daha sonra "Gənclik estradası” verilişində uzun müddət aparıcılıq etdik. Azdramda ilk rolumdan sonra İlyas Əfəndiyevin "Natəvan” tamaşasında qulluqçu rolunu oynadıq. Hər ikimiz Natəvanın qulluqçusu idik. Telman müəllim mənim ən sevimli sənət dostlarımdan olub. Çox namuslu, aktrisaların həmişə qeyrətini çəkən bir adam olduğunu xüsusi vurğulamaq istərdim. Onun rəhmətlik anasının çox xoşu gəlirdi məndən. Elə hey deyirmiş ki, "Al da o qızı, al”. Telman da deyirmiş, "Ay mama, o aktrisadır, aktrisa olmasaydı, alardım”. Telman başdan-ayağa xatirədir.
 
Onun ölümündən əvvəl toydakı rəqsi hələ də gözümün qabağındadır. Qəfildən öldü deyə, hələ də inanmıram ki, Telman həqiqətən ölüb. Elə bilirəm ki, bu saat haradasa qabağıma çıxacaq”.
 
Qeyd edək ki, "Evləri köndələn yar” filmi 1982-ci ildə çəkilib. Filmdə Firəngiz Mütəllimova - Mərcan, Telman Adıgözəlov isə Kamil rolunda çıxış edib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook