SON XƏBƏR

“Fitch” Azərbaycan Beynəlxalq Bankının reytinqlərini yüksəltdi

Noyabr 22
09:33 2017
"Fitch" Beynəlxalq Reytinq Agentliyi Azərbaycan Beynəlxalq Bankının (ABB) reytinqlərinə yenidən baxıb.
 
Qlobal.Az ABB-nin mətbuat xidmətinə istinadən bildirir ki, "Fitch" bankın xarici valyutada uzunmüddətli reytinqini 4 pillə qaldıraraq B- səviyyəsinə, qısamüddətli reytinqini isə 5 pillə qaldıraraq stabil proqnozla B səviyyəsinə yüksəldib.
 
Agentliyin şərhində qeyd edilir ki, reytinqlərin yüksəldilməsi Azərbaycan Beynəlxalq Bankının xarici kreditorlar qarşısındakı öhdəliklərinin könüllü restrukturizasiyası prosesinin 1 sentyabr 2017-ci ildə başa çatdırılması və problemli aktivlərin bankın balansından çıxarılaraq "Aqrarkredit”ə ötürülməsi üzrə son tədbirlərlə bağlıdır.
 
Üçüncü rübün yekun hesabatına görə, Azərbaycan Beynəlxalq Bankının "Fitch” tərəfindən hesablanan birinci dərəcəli kapital adekvatlığı təxminən 11 faiz təşkil edir.
 
"Fitch” ekspertlərinin rəyinə görə, son bir il ərzində görülmüş işlər nəticəsində bankın aktivlərinin keyfiyyəti əhəmiyyətli dərəcədə yaxşılaşıb və likvidlik mövqeyi möhkəmlənib.
 
Ölkəmizin müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 36 filial və 40 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.
 
Qlobal.Az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook