"Fitch": Restrukturizasiyadan sonra hökumətin ABB-yə dəstək verib-verməyəcəyi naməlumdur
May 26
11:29
2017
Azərbaycan Beynəlxalq Bankının (ABB) restrukturizasiya planı dövlət borcunun artmasına səbəb ola bilər.
Xarici kreditorlara təqdim olunan restrukturizasiya planına dair təqdimatla qeyd edilən link vasitəsilə tanış olmaq mümkündür:
https://www.ibar.az/az/investors/investor-presentation/
"APA-Economics" xəbər verir ki, bu barədə "Fitch" reytinq agentliyinin yaydığı məlumatda qeyd olunub.
Bildirilir ki, neftin kəskin ucuzlaşması nəticəsində iqtisadiyyatın zəifləməsi və manatın devalvasiyası Azərbaycanın onsuz da zəif olan bank sektorunu daha da həssaslaşdırıb: "Azərbaycanın ən böyük bankı olan Azərbaycan Beynəlxalq Bankının düzgün idarə edilməməsi ona mənfi təsir göstərib. Restrukturizasiya prosesindən sonra hökumət tərəfindən banka növbəti maliyyə dəstəyinin verilib-verilməməsi naməlum olaraq qalır. Hökumət tərəfindən 2017-ci ilin əvvəlində artıq "Aqrarkredit" tərəfindən buraxılan 3 milyard dollar həcmində istiqrazlara dövlət zəmanəti verilib. Bu da restrukturizasiya planın tamamlanması çərçivəsində əlavə həcmdə toksik aktivlərin ABB-nin balansından çıxarılması üçün istifadə olunacaq".
Agentliyin analitikləri bildirir ki, ABB-nin reytinqi ilə bağlı proqnozun neqativ olması makroiqtisadi və maliyyə sektorunda davam edən riskləri və qeyri-müəyyənliyi əks etdirir.
Xarici kreditorlara təqdim olunan restrukturizasiya planına dair təqdimatla qeyd edilən link vasitəsilə tanış olmaq mümkündür:
https://www.ibar.az/az/investors/investor-presentation/