"Fitch"dən bədbin proqnoz: "Dərin tənəzzül"
Aprel 15
10:59
2020
"Fitch Ratings" beynəlxalq reytinq agentliyi bu il qlobal iqtisadiyyatın dərin tənəzzülünü gözləyir və dünyada iqtisadi aktivliyin 1,9% yavaşlayacağını proqnozlaşdırır.
"Fitch"in Asiya-Sakit okean regionunun bank sektoru üzrə yenilənmiş proqnozuna əsasən, Yaponiyadakı maliyyə institutları və şirkətləri koronavirus pandemiyasının yaratdığı iqtisadi şoklara çox həssas olduğunu və bu səbəblə onların çoxunun emitentin defolt reytinqləri (IDR) azaldılıb və reytinq üzrə proqnozları "mənfi"yə endirilib.
Agentliyin sırf Yaponiyanın bank sistemi üzrə proqnozuna görə, ölkədə zəif iş həcmlərinin və aşağı faiz dərəcələrinin yaratdığı dərin böhran səbəbindən Yaponiya banklarının gəlirliliyinə təzyiqin artması gözlənilir.
Qlobal.az Apa-ya istinadən xəbər verir ki, 2020-ci ildə ABŞ-da ÜDM3,3%, Avrozonada 4,2%, Yaponiyada isə 2,7% azalacağı gözlənilir.