SON XƏBƏR

“Formula-1” Rusiya Qran-prisi ilə müqaviləni ləğv edib

Mart 03
16:13 2022
"Formula-1” üzrə Rusiya Qran-prisi ilə müqaviləyə xitam verilib.

Apasport.az xəbər verir ki, buna səbəb kimi Rusiya və Ukrayna arasındakı münaqişə göstərilib.

Təşkilatçılar bildirib ki, baş verənlərdən sonra Rusiyada yarış keçirmək mümkünsüzdür. Bu üzdən Rusiya Qran-prisi ilə müqavilə ləğv edilib.

Bu isə o deməkdir ki, builki Soçi Qran-prisi ilə yanaşı, gələn il Sankt-Peterburqda baş tutacaq mərhələ də gerçəkləşməyəcək.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook