SON XƏBƏR

“Franks İnternational” LTD şirkəti azərbaycanlıları kölə kimi işlədir- ŞİKAYƏT

Noyabr 22
01:40 2017
"Franks İnternational” LTD şirkətinin Azərbaycan filialında çalışan bir qrup yerli işçi onların əmək hüquqlarının pozulmasından şikayət edirlər.
Gununsesi.info Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatına istinadən xəbər verir ki, işçilər dövlət başçısı İlham Əliyevə, vitse-prezident Mehriban Əliyevaya və daha 8 dövlət qurumuna şikayət ediblər.
 
Şikayətdə deyilir ki, şirkətin dəniz obyektlərində aylıq normaya uyğun olaraq 160 və daha çox saat işləyib, quruya çıxdıqdan sonra, istirahət etmədən, müdiriyyət tərəfindən quruda olan istehsalat sahələrinə işə cəlb edilirlər: "Nəticədə bir çox hallarda 160 saat aylıq normada işləməli olduğumuz halda, ayda 250-300 saat həddində işləyirik. Eyni zamanda, normadan artıq işlədiyimiz artıq saatlara görə qanunvericiliyə uyğun olaraq nəinki ikiqat, heç birqat əməkhaqqı məbləğində də əməkhaqqımız ödənilmir.
 
Bundan əlavə, dəniz obyektlərində işləməyimizə baxmayaraq, əmək qanunvericiliyində nəzərdə tutulan qaydada 75 faiz dəniz əmsalına görə əlavə əməkhaqqı da şirkət tərəfindən bizə ödənilmir. Bununla da şirkət tərəfindən Əmək Məcəlləsinin 159-cu maddəsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 avqust 2002-ci il tarixli 137 saylı Qərarının 4-cü maddəsi pozulur.
 
İş rejimimizin yarısı gündüz, yarısı isə axşam və gecə vaxtlarına düşür, lakin işlədiyimiz və əmək münasibətlərində olduğumuz müəssisə bu əlavə əməkhaqqını da bizə qanunsuz olaraq bizə ödəmir”.
 
Şikayətdə göstərilir ki, Əmək Məcəlləsinin 97-ci maddəsinə əsasən isə, saat 22-dən səhər saat 6-dək olan müddət gecə vaxtı sayılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 Aprel 2001-ci il tarixli, 74 saylı Qərarına əsasən , Gecə vaxtı yerinə yetirilən işin hər saatına görə işçiyə onun saatlıq tarif (vəzifə) maaşının 20 faizi, çoxnövbəli iş rejiminin axşam növbəsində işin hər saatına görə işçinin saatlıq tarif (vəzifə) maaşının 20 faizi, gecə növbəsində isə 40 faizi həddində əlavə haqq müəyyən edilmişdir.
 
Əmək şəraiti zərərli və ağır, habelə əmək funksiyası yüksək həssaslıq, həyəcan, zehni flziki gərginliklə bağlı olan işçilərə əməyin şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əlavə məzuniyyətlər verilir. Lakin əmək münasibətlərində olduqları "Franks İnternational” LTD işçilərin bu hüquqlarını da pozur.
 
"Franks İnternational” şirkəti  bütün bu ödənişləri o əsasda bizə ödəmir ki, hər ay Bonus (mükafat) verir. Lakin  qanunvericiliyinə əsasən, bonus (mükafat) əlavə ödənişləri əvəz edə bilməz”.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook