SON XƏBƏR

"Fransa başımıza gətirdiklərini dünyaya özünün daxili işi kimi təqdim edir" - Hərəkat üzvü

İyun 13
19:43 2024
"Fransa bizim başımıza gətirdiyi bütün hadisələri dünya ictimaiyyətinə ölkənin daxili işi kimi təqdim edir”.

APA-nın xəbərinə görə, bunu Fransız Qvianasının sosial azadlığı və dekolonizasiyası naminə Hərəkatının üzvü Maurice Pindard Afrikanın müxtəlif ölkələrindən bir qrup jurnalist, tanınmış bloqerlər və vətəndaş cəmiyyəti fəalları, eləcə də Yeni Kaledoniyalı jurnalistlərin iştirakı ilə hibrid formada keçirilən "Dekolonizasiya, beynəlxalq diplomatiya və müasir dünyada kommunikasiyanın rolu” mövzusunda dəyirmi masa müzakirələrində deyib.

"Fransa hökuməti qviana xalqını misilsiz təzyiqlərə məruz qoyur. Bu təzyiqlərin arasında müxtəlif səpkili hüquq pozuntuları, qanunsuzluqlar, eləcə də ərazilərimizə edilən qeyri-qanuni müdaxilələri göstərə bilərəm. Hesab edirəm ki, rəsmi Paris bütün bu addımları dayandırmağa məcbur edilməlidir. Bir xalqa qarşı qanunsuzluqlar hər hansısa ölkənin daxili məsələsi ola bilməz”, - o vurğulayıb.

Hərəkat üzvü həmçinin Bakı Təşəbbüs Qrupunun ölkəsinə dəstək göstərdiyini vurğulayıb və buna görə təşəkkür edib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook