Fransa Bəşər Əsədin həbsinə order verdi
Noyabr 15
14:30
2023
Fransa Suriya prezidenti Bəşər Əsədin həbsinə order verib.
Qaynarinfo xəbər verir ki, bu barədə "Le Figaro” qəzeti məhkəmə sistemindəki mənbəyə istinadən yazır.
Nəşrin məlumatına görə, Paris Əsədi insanlığa qarşı cinayətlərdə və hərbi cinayətlərdə şərik olmaqda ittiham edir.
"Çərşənbə axşamı Fransa ədliyyəsi Suriyada 2013-cü ilin yayında həyata keçirilən kimyəvi hücumlarla bağlı insanlığa qarşı cinayətlərdə şərik olmaqda ittiham olunan Suriya prezidenti Bəşər Əsədin həbsinə beynəlxalq order verib”, deyə nəşr bildirib.
Mənbənin məlumatına görə, 2013-cü ildə Suriyanın Şərqi Quta əyalətində zarin qazından istifadə edilib.
Suriya prezidenti ilə birlikdə ölkə ordusunun elit bölməsi olan Dördüncü Diviziyanın faktiki lideri olan Bəşər Əsədin qardaşı Maherə, həmçinin iki generala - 450 CERS-in direktoru Hassan Abbasa və Bəssam əl-Əsədə qarşı həbs orderləri verilib.