SON XƏBƏR

Fransa "borc bataqlığında" - Xarici borclanma kritik həddə çatıb

Sentyabr 30
13:38 2024
Fransa dövlət qulluqçularının maaşlarını ödəmək üçün 300 milyard avro borc alacaq.

"AzPolitika" xəbər verir ki, bu barədə Fransa KİV-ləri məlumat yayıb.

Məlumatda Fransadakı iqtisadi problemlərə görə, dövlət qulluqçularının maaşlarının verilməsində çətinliklər yarandığı, xarici borclanmanın getdikcə artdığı bildirilib.

Fransa mətbuatı yazır ki, hazırda ölkənin milyardlarla avroya ehtiyac var. Qeyd olunur ki, həddindən artıq maliyyə ehtiyacları qarşısında Fransanın borc dəyərinin əhəmiyyətli dərəcədə artacağı gözlənilir.

"Fransanın dövlət borcu 2024-cü ilin birinci yarısında 127,1 milyard avro artaraq 3 trilyon 228 milyard 400 milyon avroya çatıb. Borcun 1 trilyonu prezident Emmanuel Makronun dövrünə aiddir. Adambaşına düşən borc təxminən 47 avrodur.. Fransa bu borcun faizinə ildə 80 milyard avro ödəyir. Bu borc ölkənin təhsil və müdafiə büdcəsindən çoxdur",-deyə məlumatda bildirilir.

Yayılan xəbərlərə görə, bu, hökuməti belə narahat edən rəqəmdir. Qeyd olunur ki, Fransanın bazar yönümlü borclanma proqramının simvolik 300 milyard avro həddinə çatacağı və ya hətta onu keçəcəyi gözlənilir.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook