Fransa dövlət resurslarına güclü kiber hücum olub
Mart 12
00:26
2024
Fransanın bir çox dövlət qurumlarının onlayn resursları güclü kiberhücuma məruz qalıb. Bu barədə hökumətdəki mənbələrə istinadən BFMTV kanalı məlumat yayıb.
Telekanalın məlumatına görə, dövlət qurumları DDoS hücumuna məruz qalıb ki, bu zaman internet resursuna çoxsaylı müraciətlər onun həddən artıq yüklənməsinə səbəb olur.
Bildirilib ki, hücum "bazar günü axşam başlayıb.
Hazırda hakerlərin əməllərindən dəyən ziyan minimuma endirilib, dövlətin informasiya resurslarına çıxışı bərpa edilib.