"Fransa Gürcüstan və Ermənistanı Yeni Kaledoniya hesab edir" - Zaxarova
May 20
02:57
2024
"Paris əsəbi halda yeni Yeni Kaledoniya üçün yer axtarır, Gürcüstan və Ermənistan arasında seçim edir".
Oxu.Az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova "Telegram" kanalında yazıb.
Diplomat Gürcüstan prezidenti Salome Zurabişvilinin Fransa prezidenti Emmanuel Makronu Qafqazı nəhayət ki, sovet boyunduruğundan və Rusiyanın təsirindən azad etmək məqsədi ilə mayın 26-da Gürcüstanın Müstəqillik Gününə dəvət etməsinə diqqət çəkib.