Fransa həbsxanalarından 6266 məhkum buraxılıb
Aprel 05
02:36
2020
Fransa koronavirus təhdidinə görə, 6266 məhkumu vaxtından qabaq azad edib.
Musavat.com xəbər verir ki, bununla bağlı məlumat "RFİ” radiostansiyasında yayılıb.
Yerli mətbuatın xəbərinə görə, 2020-ci ilin aprelin 1-nə qədər olan rəsmi statistikaya əsasən, Franasada 72 575 şəxs qapalı təcrdixanalarda saxlanılıb.
Hələ bu ilin mart ayının 20-də ölkənin ədliyyə naziri Nikol Bellube xroniki xəstəlik daşıyan dustaqların azad olunması üzərində iş getdiyini açıqlamışdı. Onların buraxılması "Fövqaladə sanitar vəziyyət haqqında” qanuna əsaslandırılıb. 2020-ci ilin mart ayının 3-də Ədliyyə nazirliyinin Məhkəmə qərarlarının icrası idarəsi 48 məhkumda koronavirus aşkarlandığını bildirib. 925 şəxs dərhal təcrid vəziyyətinə salınıb, onlardan 300-ü iki həftəlik karantin dövrünü bitirib. Həbsxanada çalışan dövlət məmurları arasında da 114 yoluxma halı müəyyən edilib. 931 əməkdaş dərhal ev şəraitində özünütəcridə göndərilib.
Ölkənin hüquq müdafiə təşkilatları isə azad edilməyinə 6 ay qalan məhkumların dərhal azad edilməsi gərəkdiyini bildirirlər. Hazırda Ədliyyə nazirliyi bu qaydanı yalnız 2 ay və ya daha az müddət qalan məhkumlara tətbiq edir.