Fransa hərbi bazalarını bağlamaq və qoşunlarını Nigerdən çıxarmaqdan imtina edir
Avqust 05
11:20
2023
Nigerdə son hərbi çevriliş nəticəsində hakimiyyətə gələn rəhbərlik Fransa ilə hərbi müqavilələri denonsasiya etdiyini açıqlayıb.
APA-nın məlumatına görə, bu barədə Fransa Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qərara əsasən, Nigerdə yerləşdirilən 1500 fransız hərbçisinin hamısı ölkəni tərk etməlidir.
Öz növbəsində, Fransa hakimiyyəti Niger hərbçilərinin Parislə hərbi müqavilələri denonsasiya etmək qərarını tanımaqdan imtina etdiklərini bildirib.