“Fransa ilə münasibətlər dərin böhran içindədir” - Rusiya XİN
Yanvar 27
01:56
2024
"Rusiya-Fransa münasibətləri dərin böhran içindədir, Paris dialoq mexanizmlərini "dondurub”.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
Nazirlik qeyd edib ki, Fransanın yeni xarici işlər nazirinin Aİ və NATO-ya qarşı çıxa biləcəyi ilə bağlı heç bir illüziyası yoxdur.
"Aydındır ki, bu gün Rusiya ilə Fransa arasında münasibətlər dərin böhran içindədir. Keçmiş tərəfdaşlarımız öz istəkləri ilə onilliklər boyu yaradılmış təməli iki il ərzində dağıtdılar, dialoq və əməkdaşlığa dəstək mexanizmlərini "dondurdular”, ticarət-iqtisadi, elmi, mədəni və humanitar sahələrdə mövcud olan əməkdaşlığa ciddi zərbə vurdular”, - Rusiya Xarici İşlər Nazirliyi bildirib.