Fransa miqrantlar üçün yeni qanun hazırlayır
Fevral 23
00:15
2018
Fransa hökuməti miqrantlarla bağlı qanun layihəsinə dəyişiklik edəcək.
- Fransa Qaçqınların Müdafiəsi İdarəsinə(OFPRA) müraciət üçün verilən vaxt 120 gündən 90 günə, qərar etiraz üçün verilən vaxt isə 30 gündən 15 günə endirilib.
- Yeni qanun layihəsinə görə yaşayış icazə olmayan qaçqınların həbs müddəti 16 saatlıq 24 saata çıxarılıb.
- Müraciəti qəbul edilən miqrantlara verilən yaşayış icazəsinin müddəti 1 ildən 4 ilə artırılıb.
- Miqrantlar artıq Parisə gəlmədən yaşadıqları yerdən video-konfrans üsulu ilə də müraciətlərini bildirə bilərlər.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Fransa daxili işlər naziri Jerar Kollon prezident Emmanuel Makronun göstərişi ilə hazırlanan qanun layihəsinin müzakirəsindən sonra mətbuata açıqlama verib. O, bildirim ki, qanunvericiliyə ediləcək dəyişiklik miqrantların xeyrinə olacaq.
Nazir ötən il Avropada miqrant qəbulunun yarıbayarı azaldığı təqdirdə Fransada 17 faizə qədər artdığını diqqətə çatdırıb.
Yeni qanun layihəsində aşağıdakı məsələlər öz əksini tapıb:
- Miqrantların müraciətlərinə baxılması müddəti 6 aya endirilib.
- Müraciətləri qəbul edilməyən miqrantlara ölkəni tərk etmək üçün verilən vaxt 45 gündən 90 günə çıxarılıb.- Fransa Qaçqınların Müdafiəsi İdarəsinə(OFPRA) müraciət üçün verilən vaxt 120 gündən 90 günə, qərar etiraz üçün verilən vaxt isə 30 gündən 15 günə endirilib.
- Yeni qanun layihəsinə görə yaşayış icazə olmayan qaçqınların həbs müddəti 16 saatlıq 24 saata çıxarılıb.
- Müraciəti qəbul edilən miqrantlara verilən yaşayış icazəsinin müddəti 1 ildən 4 ilə artırılıb.
- Miqrantlar artıq Parisə gəlmədən yaşadıqları yerdən video-konfrans üsulu ilə də müraciətlərini bildirə bilərlər.
Qanun layihəsinin nə zaman qəbul ediləcəyi hələlik məlum deyil.