SON XƏBƏR

Fransa müdafiə naziri Ermənistana səfər edəcək

Fevral 22
13:19 2024
Fransa müdafiə naziri Sebastyan Lekornu yaxın zamanda Ermənistana səfər edəcək. 

APA xəbər verir ki, bu barədə Fransanın RTL radiosu məlumat yayıb. Qeyd olunub ki, o, Ermənistana səfər edən ilk Fransa müdafiə naziri olacaq.

Nazir radioya müsahibəsində qeyd edib ki, ölkəsi Ermənistana kömək etmək, xüsusən də onun müdafiə potensialını artırmaq üçün məsuliyyət daşıyır. 

Lekornunun sözlərinə görə, söhbət yalnız müdafiə məqsədləri üçün nəzərdə tutulan zenit sistemləri və zirehli texnikanın tədarükündən gedir.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook