“Fransa Rusiyadan qaz nəqlini tamamilə dayandırmağa hazırlaşmalıdır” - Makron
İyul 15
09:41
2022
"Rusiya qazdan müharibə silahı kimi istifadə edir və Fransa onun təchizatını kəsməyə hazır olmalıdır”.
"Report” xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron deyib.
Fransanın milli bayramı münasibətilə danışan Makron, bu səfərbərliyin bir hissəsinin enerji istehlakını azaltmaq üçün Fransız istehlakçılarını və müəssisələrini cəlb etmək olacağını söyləyib.
O qeyd edib ki, yaxın vaxtlarda enerji istehlakının məhdudlaşdırılması ilə bağlı müfəssəl plan təqdim edəcək.
Makron həmçinin bildirib ki, Rusiyanın işğalı fonunda Fransa ordusunu gücləndirməyə davam etməli, yeni hərbi texnikanın istehsalını sürətləndirməli və sursat ehtiyatlarını artırmalıdır.