Fransa sərhədlə bağlı peyk məlumatlarını Ermənistana ötürəcək
![](https://qlobal.az/photo/680x365/2024-02/1709041030_5e73ed2f-70c4-4035-8f0c-0b451d5272d2.jpg?1722061085)
Fevral 27
17:37
2024
"Fransa kəşfiyyat xidməti ilə Ermənistanın Milli Təhlükəsizlik Xidməti arasında dörd ölkə - Azərbaycan, İran, Rusiya və Türkiyə haqqında kəşfiyyat məlumatlarının mübadiləsinə dair razılıq əldə olunub”.
Bu barədə "Armtimes” qəzeti Fransa mediasına istinadla xəbər verib.
Məlumata görə, Paris, həmçinin, İrəvana Ermənistanın sərhədləri boyunca hərbi-siyasi vəziyyətlə bağlı məlumatları özündə əks etdirən peyk məlumatlarını təqdim edəcək.
Bildirilir ki, sözügedən məsələ Parisdə Fransa Prezidenti Emmanuel Makronla Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüşdə müzakirə olunub.