SON XƏBƏR

Fransada 24 376 nəfər pandemiyanın qurbanı oldü

May 01
01:05 2020
Fransada ötən sutkada 289 nəfər koronavirusun yaratdığı xəstəlikdən dünyasını dəyişib.

"Report” "RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkə səhiyyəsinin baş idarəsinin direktoru Jerom Salomon keçirdiyi brifinqdə bildirib.

Xəstəxanalarda 15 244 nəfər, qocalar evlərində, digər tibb və sosial müəssisələrdə isə 9 132 pasiyent pandemiyanın qurbanı olub.

Məlumata görə, koronavirusdan ölənlərin sayı 24 376-ya yüksəlib.

Fransada koronavirus epidemiyası səbəbindən, 17 mart tarixindən xüsusi karantin rejimi tətbiq edilib. Ölkədə kafe, restoran, kinoteatr, muzey, park, qeyri-ərzaq mağazaları, təhsil müəssisələri bağlanıb. Mayın 11-də Fransanın karantindən çıxmağa başlayacağı gözlənilir.





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook