Fransada Azərbaycan səfirliyinə hücuma görə bir nəfər saxlanıldı
Oktyabr 20
10:42
2022
Fransada Azərbaycan səfirliyinə hücum edən şəxslərdən biri saxlanılıb.
Trend-in məlumatına görə, bu barədə cümə axşamı fransız tarixçisi Maksim Qauin özünün "Twitter" hesabında bildirib.
"Yəqin ki, həbs Azərbaycan səfirliyindəki mədəniyyət mərkəzinə qarşı aksiya ilə bağlıdır", - M.Qauin deyib.
Qeyd edək ki, bu ilin sentyabrında erməni radikal qruplaşması Azərbaycanın Fransadakı səfirliyinin mədəniyyət mərkəzinə basqın etməyə cəhd göstərib. Ermənilər mədəniyyət mərkəzinin binasına boya atıblar və polisin müdaxiləsi nəticəsində təxribatçılar hadisə yerindən uzaqlaşdırılıb.
Trend-in məlumatına görə, bu barədə cümə axşamı fransız tarixçisi Maksim Qauin özünün "Twitter" hesabında bildirib.
Onun sözlərinə görə, bu gün səhər saatlarında Paris polisi Daşnaksütyun erməni inqilabi federasiyasının Fransadakı gənclər şöbəsinin keçmiş sədri, 2015-ci ildə "Charjoum” dissident qrupunun yaradıcılarından biri olan Loris Tufanyanı həbs edib.