Fransada xüsusi karantin rejimi mayın 11-dək uzadılıb
Aprel 14
10:20
2020
"Fransada aprelin 15-də başa çatan xüsusi karantin rejimi mayın 11-dək uzadılır”.
APA TASS-a istinadən xəbər verir ki, bunu prezident Emmanuel Makron televiziya vasitəsilə xalqa müraciəti zamanı deyib.
"Biz səylərimizi davam etdirməliyik və qaydalara əməl etməliyik. Buna görə sərt karantin rejimi mayın 11-dək davam etməlidir”, - deyə prezident vurğulayıb.
Makron əlavə edib ki, mayın 11-dən etibarən ölkədə uşaq bağçaları, məktəb və liseylər açılacaq. "Lakin geniş auditoriyalar tələb edən kütləvi tədbirlər ən azı iyulun ortalarına qədər keçirilməyəcək”.