Fransanın bəzi məhəllələrində nümayişlər qadağan ediləcək
Mart 19
10:07
2019
Fransada "sarı jiletlər” etiraz aksiyasının 18-ci aktı zamanı Yelisey çölləri prospektində baş vermiş dağıntı və yanğınlardan sonra ölkənin Baş naziri Eduar Filip gələn həftədən Parisin Yelisey çölləri prospektində, Bordoda Pey-Berland və Tuluzda Capitole meydanlarında nümayişlərin keçirilməsinin qadağan ediləcəyini bildirib.
Eyni zamanda, etiraz aksiyası zamanı polis öz vəzifəsini düzgün icra etmədiyi üçün Paris polis prefekturasının rəhbəri Mişel Delpueş vəzifəsindən azad edilib. Yeni Akiten polis prefekturasının rəhbəri Didye Lallöman Paris polis prefekturasının rəhbəri təyin edilib.