SON XƏBƏR

Fransanın yeni miqrasiya qanunu etirazla qarşılanıb

Yanvar 22
01:17 2024
Parisdə miqrasiya qaydalarını sərtləşdirən yeni qanuna qarşı keçirilən etiraz aksiyasında 16 minə yaxın insan iştirak edib.

APA xəbər verir ki, bu barədə Fransa Daxili İşlər Nazirliyi məlumat yayıb.

Həmkarlar ittifaqı nümayəndələri Parisin mərkəzindəki Trocadero meydanında başlayan nümayişə 25 minə yaxın insanın gəldiyini bildiriblər.

Ümumilikdə ölkədə yeni miqrasiya qaydalarının ləğvi ilə bağlı 160-dan çox nümayiş keçirilib.

Qeyd edək ki, ötən ilin dekabrın 19-da Fransa Milli Assambleyası (parlamentin aşağı palatası) miqrasiyanı sadələşdirmək və əcnəbilərin inteqrasiyasını yaxşılaşdırmaq üçün qanun qəbul edib. 349 deputatın 186 əleyhinə səs verdiyi bu akt qanun pozanların ölkədən çıxarılması prosesini sadələşdirməklə yanaşı, dövlət sosial yardımı almaq şərtlərini sərtləşdirir, həmçinin illik miqrasiya kvotalarını nəzərdə tutur.

Parlamentin bu qərarından bir neçə gün sonra solçu partiyaları təmsil edən bir qrup deputat normativ sənədlərin əsas qanuna uyğunluğunu yoxlayan Fransa Konstitusiya Şurasına müraciət edib. Sorğu müəllifləri yeni qanunun ləğv edilməsini tələb ediblər. Onların fikrincə, bu, ölkə konstitusiyasına uyğun gəlmir. Bundan əvvəl Fransa Prezidenti Emmanuel Makron bu sənədin Konstitusiya Şurasına verilməsi barədə göstəriş vermişdi. Qərar yanvarın 25-də elan edilməlidir.

Fransa Daxili İşlər Nazirliyinin rəhbəri Cerald Darmanin bildirmişdi ki, 2023-cü ildə qanunları pozan 4,5 mindən çox miqrant ölkədən çıxarıb. Bu da bir il əvvəlkindən 30 faiz çoxdur.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook