SON XƏBƏR

Futbol üzrə Azərbaycan Premyer Liqasında V tura yekun vurulub

Sentyabr 24
01:15 2018
Futbol üzrə Azərbaycan Premyer Liqasında V tura yekun vurulub.

"Report” xəbər verir ki, turun sonuncu matçında "Qarabağ” doğma azarkeşlər önündə "Qəbələ” ilə üz-üzə gəlib. Ağdam təmsilçisi görüşdə rəqibini 4:1 hesabı ilə darmadağın edib.

Qarşılaşmada ilk qolu 30-cu dəqiqədə Abdullah Zubir vurub. Komandanın heyətində Araz Abdullayev 45+1-ci dəqiqədə cərimə zərbəsindən vurduğu qolla hesab arasındakı fərqi iki topa çatdırıb. Con Delarj 61-ci dəqiqədə fərqi daha da artırıb. Qarşılaşmada sonuncu qolu isə Abdullah Zubir vurub.

Fransalı yarımmüdafiəçi 72-ci dəqiqədə fərqlənməklə darmadağında pay sahibi olub. Qonaqların heyətində isə Rasim Ramaldanov 90-cı dəqiqədə təsəlli qoluna imza atıb.

Bu nəticədən sonra xallarının sayını 10-a yüksəldən "Qarabağ” "Sabah”la birgə 2-3-cü yerləri bölüşdürür. "Qəbələ” isə 4 xalla 6-cı yerdədir.

Qeyd edək ki, günün digər matçında "Sumqayıt” səfərdə "Keşlə”ni 2:1 hesabı ilə məğlub edib. İlk oyun günündə isə lider "Neftçi" autsayder "Zirə"ni səfərdə 2:1 hesabı ilə üstələyib. "Səbail" - "Sabah" matçında isə qalib müəyyənləşməyib - 0:0.

20:30. "Qarabağ” – "Qəbələ” - 4:1

Qol: Abdullah Zubir, 30. 72 Araz Abdullayev, 45+1. Con Delarj, 61 - Rasim Ramaldanov, 90

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Ziya Nəsirov

Hakim-inspektor: Məhəmməd Məmmədov

AFFA nümayəndəsi: Sakin Məmmədzadə

"Azersun Arena”



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook