SON XƏBƏR

“Futbolçularıma bir ad vermişəm…” – Qurban Qurbanov

May 19
00:59 2022
"Məni təqdimat zamanı Azərbaycanın ən yaxşı məşqçisi adlandırdılar. Həm klub rəhbərliyinin, həm məşqçilərin yaxşı olmasında ən böyük güc onun futbolçularıdır”.

Qol.az-ın xəbərinə görə, bu sözləri "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov komandasının 9-cu çempionluğu ilə münasibəti ilə keçirilən tədbirdəki çıxışında deyib.

"Onlar olmasa, bizim dediklərimizi icra edə bilməsə, biz yaxşı oynaya bilmərik. Futbolçularıma bir ad vermişəm: mənim döyüşçülərim. Bunu onlara inanaraq demişəm”- deyən Q.Qurbanov "Qarabağ”ın oyunçularına xitabən bildirib:

"Mən istərdim ki, siz günü-gündən daha güclü döyüşçü, daha yaxşı vətənpərvər olasınız və bizim Qarabağımızın dəyərini daha yaxşı anlayasınız. Mən heç bir bölgəni ayırmaq istəməzdim. Amma üzürlü hesab etsinlər, mən Qarabağı həmişə ayırıram. Burada uğurlarım olub-olmayıb, bundan sonra olacaq-olmayacaq bu ayrı məsələdir, amma "Qarabağ” digərlərindən fərqlənir. Mən bir azərbaycanlı olaraq o fikirdəyəm ki, bu komandada döyüşçü hissi olmayan futbolçu olmalı deyil. Ona görə də bir dostunuz, məşqçiniz olaraq mənim sizdən daim tələb etdiyim bu olacaq. Dostlar, biz uduza bilərik, kuboku almaya bilərik, amma biz döyüşçü olmaya bilmərik. Bu klub, ümumiyyətlə, Qarabağ özü Azərbaycan üçün böyük dəyərdir. Ölkə başçısının da bizə diqqəti tam fərqli olub. Ona görə də bizim məsuliyyətsiz və istəksiz olmağa haqqımız yoxdur. Mən sizə güvənirəm və sizdən daha çoxunu tələb edəcəm. Bizi qarşıdakı daha böyük döyüşlər, uğurlar gözləyir. İnşallah, biz hamımız – sıravi işçilərimizdən başlayaraq bu uğurları əldə edəcəyik”.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook