SON XƏBƏR

Füzuli Beynəlxalq Hava Limanında ilk sınaq uçuşunun keçiriləcəyi tarix açıqlanıb

İyun 16
11:50 2021
Füzuli rayonunda səfərdə olan media nümayəndələri Füzuli Beynəlxalq Hava Limanında tikinti işlərinin gedişi ilə tanış olublar.

"Report"un məlumatına görə, AZAL-ın nümayəndəsi Valeh Əmiraslanov jurnalistlərə açıqlamasında bildirib ki, Füzuli Beynəlxalq Hava Limanında ilk sınaq uçuşun sentyabrın 5-də keçirilməsi planlaşdırılır:
"Yanvar ayının 14-də başlayan işlər çərçivəsində geniş fizolajlı hava gəmilərinin qəbul olunması üçün uzunluğu 3 km, eni 60 m olan uçuş enmə zolağının torpaq yatağı tamamlanıb. Hazırda əsas layın asfalt beton örtüyünün salınması işləri davam etdirilir. Sahəsi 60 min kvadrat metr olan 8 hava gəmisini saxlaya biləcək peronun tikintisinin torpaq yatağı tamamlanmaq üzrədir. Terminal binasında dəmir beton konstruksiya işləri 100 faiz tamamlanıb. Dəmir beton konstruksiyanın quraşdırılma prosesi gedir. Italiya istehsalı olan dam örtükləri a rtıq Azərbaycana gətirilib, Türkiyədən sifariş olunan fasad elementləri gətirilmək üzrədir".

O bildirib ki, hava hərəkətinin təmin edilməsi üçün qüllənin tikintisinin dəmir beton konstruksiyasının işlərinin 1 həftə ərzində yekunlaşdırlması planlaşdırılır:

"İstifadə olunan avadanlıqların hamısı avropa istehsalıdır və testdən keçirilərək Bakıya gətirilib. Bu sahədə beton özüllərin quraşdırılması isə bu ayın sonuna planlaşdırılır. Uçuş enmə zolağında tikinti işləri sentyabrın 5-nə kimi tamamlanacaq".



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook