Füzuli Dövlət Dram Teatrının kollektivi əsgər və zabitlər qarşısında çıxış edib
Oktyabr 04
00:20
2016
Füzuli Dövlət Dram Teatrının kollektivi rayon ərazisində yerləşən "N” saylı hərbi hissənin yaranmasının 24-cü ildönümü ilə əlaqədar keçirilən tədbirdə əsgər və zabitlər qarşısında çıxış edib.
Qlobal.az AZƏRTAC-a istinadən xəbər verir ki, teatr repertuarında olan Ə.Əsgərovun "Qız atası”, S.Axundovun "Bəndalı bəndə düşüb”, M.Ələsgərovun "Uzun qoşun” əsərlərindən parçalar nümayiş etdirib. Əsas rollarda Vaqif Rəhimov, Məryəm Məmmədova, Asif Şirinov, Sehran Xanlarov, Qaçaq Qarayev, Əli Hüseynov, Aygün Cəfərova, Fatimə Səfərəliyeva və başqaları çıxış edib.
Təqdim olunan tamaşa, mahnı və rəqslər, əsgər həyatına həsr olunmuş şeirlər, nağıl qəhrəmanlarının çıxışları zabit və əsgərlər tərəfindən maraqla qarşılanıb.
Qlobal.az