Füzuli istiqamətində yerləşən mövqelərimiz atıcı silahlardan atəşə tutulub
İyun 15
11:36
2023
İyunun 15-i saat 08:35-dən saat 10:30-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri kənd təsərrüfatı işləri adı altında Azərbaycan Ordusunun Füzuli rayonu istiqamətində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər.
Müdafiə Nazirliyindən verilən xəbərə görə, bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.
Azərbaycan Ordusunun bölmələri tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.
Bundan başqa, saat 08:45 radələrində qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri Ordumuzun Füzuli rayonu istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.