GDU-da kafedra müdiri olmaq istəyən Səidə İsmayılzadənin dissertasiyası plagiatdır?
Yanvar 15
11:28
2024
Gəncə Dövlət Universitetinin Azərbaycan tarixi kafedrasının müdiri vəzifəsinə təyin olunacağı deyilən Səidə İsmayılzadənin saxta yolla dosent əvəzi seçildiyi, onun dissertasiya işinin isə tamamilə saxta və plagiat olduğu iddia edilir.
Bu barədə Qlobal.az-ın elektron poçtuna göndərilən məktubda deyilir:
""Qıpçaqlar Qafqazda” adlı dissertasiya işinin planlaşdırılması doğru aparılmayıb. "Qıpçaqların mənşəyi və etnik tarixi” adlandırılmış ilk fəslin üçüncü yarımbaşlığı qıpçaq-rus münasibətlərinə həsr olunmuşdur və burada qıpçaqların Qafqazdakı fəaliyyətlərilə bağlı heç bir məlumat verilməyib. "Qıpçaqların Cənubi Qafqazda fəaliyyətləri. Monqollara qarşı mübarizə” adlandırılmış üçüncü fəslinin ikinci yarımbaşlığında monqolların bütövlükdə Qafqaza hücumları haqda danışılır. Eləcə də, həmin fəslin üçüncü və dördüncü yarımbaşlıqları yalnız Cənubi Qafqazla deyil, bütöv Qafqazla bağlı adlandırılmışdır. Fəslin adında isə qıpçaqları sırf Cənubi Qafqazla bağlı fəaliyyətləri qeyd olunmuşdur. Ümumiyyətlə, üçüncü fəslin "Qafqazın tıcarət əlaqələrində qıpçaqların rolu” adlandırılmış 3-cü yarımbaşlığında qıpçaqların Qafqazdakı deyil, əsasən Mərkəzi Asiyadakı fəaliyyətlərindən bəhs olunur.
139-cu səhifədə həmin yarımbaşlığın ikinci abzasında deyilir: "Bu ticari əlaqələr əkinçilik predmetləri və məhsullarına təlabatı olan çöl sakinləri, həm də mal-qara, ət, yunu yalnız köçəri qonşularından alan şəhər sakinləri üçün zəruri idi. Bu ticarət xüsusilə X əsrə aiddir (tədqiqatın xronoloji çərçivəsində isə XI-XIII əsrlər göstərilmişdir, səh. 5) və daha çox ucuz qiymətə başa gəlirdi. Ətin qiyməti haqqında Əl-Məqdisi yazır: Sümüksüz ət 4 mən (təxminən 3,3 kq) bir dirhəmə idi”. Burada Mixail Artamonovun "Xəzərlərin tarixi” adlı monoqrafiyasına istinad olunsa da, qeyd olunan həmin əsərin, həmin səhifəsində (səh. 165) yuxarıda qeyd olunanlar yoxdur.
Həmin yarımbaşlığın dördüncü abzasında (səh. 140) verilmişdir: Orta Asiya və Cənubi Qazaxıstanda feodal istehsal üsulunun sonrakı inkişafı, şəhərlərin böyüməsi, IX-X əsrlərdə istehsalçı qüvvələrin inkişafı, həmçinin qıpçaq köçlərinin tamamilə əkin vahələrinə yaxınlaşması ilə bu ticari əlaqələr xüsusilə qüvvətləndi. Digər maldar xalqlarda olduğu kimi, qıpçaqlarda əsas ticarət predmeti mal-qara və maldarlıq məhsulları idi. Bu məhsulları sənət məmulatları və əkinçi məhsullarına dəyişirdilər. Mübadilə ticarəti zamanı əsas ödəmə vahidi pul funksiyasını yerinə yetirən mal-qara idi. Yenə də Artamanovun məlum əsərinə istinad olunmuşdur. Lakin birincidə olduğu kimi burada da qeyd olunanlar haqda qətiyyən danışılmır.
152-ci səhifədə "Qazaxıstan ərazisində arxeoloji tədqiqatlar prosesində aşkar edilmiş heyvanların sümük qalıqlarının öyrənilməsi və qıpçaq sürülərində qoyun və atların üstünlük təşkil etməsi haqqında xəbər verir”. Bu gətirilənlər də Artamanovun "Xəzərlərin tarixi” əsrinə istinad olunur. Qeyd olunan 240-cı səhifədə isə şəkillər verilmişdir.
Yaxud 153-cü səhifəyə diqqət yetirək: "İbn əl-Əsir yazır: Qıpçaqların torpaqları qışda və yayda otlaqlarla zəngindir, orada yazda sərin otlaqlarla zəngin olan, qışda isti otlaqlarla firavan olan yerlər vardır – bu, dəniz sahili boyunca çöllərdir”. Burada da Artamonovun məlum əsərinin 242-ci səhifəsinə istinad olunur və digərlərində olduğu kimi bu istinadı da "Xəzərlərin tarixi” əsərində görmək mümkün deyil. Qeyd edək, istifadə olunmuş ədəbiyyatlar siyahısında İbn əl-Əsirin "Əl-kamil fit-tarix” əsərinin Daşkənddə 2005-ci il nəşri göstərilmişdir. Artamonovun əsərində isə istinad kimi göstərilən 242-ci səhifədə İbn əl-Əsirdən qətiyyən sitat gətirilməmişdir.
Ümumiyyətlə, bu yarımbaşlıqda qıpçaqların Qafqazdakı ticarət fəaliyyətlərindən deyil, Mərkəzi Asiyadakı fəaliyyətlərindən bəhs olunur. Mövzu isə qıpçaqların Qafqazla bağlı fəaliyyətlərinə həsr olunmuşdur.
Habelə, 138-ci səhifədə xeyli geniş şəkildə Qafqazın XVI əsr, daha dəqiq ifadə olunarsa, 1578-ci ildə burada baş verənlərdən bəhs olunur. Tədqiqatın xronoloji çərçivəsi isə yuxarda qeyd olunduğu kimi XI-XIII əsrləri əhatə edir.
Göründüyü kimi, çoxlu kobud elmi səhvlərlə dolu olan, məzmunu dissertasiyanın mövzusuna uyğun gəlməyən bir dissertasiya işinin təsdiq edilərək, bu şəxsə tarix elmləri üzrə fəlsəfə doktoru elmi adının verilməsi Famil Mustafayevin rəhbərlik etdiyi Ali Attestasiya Komissiyasında bəzi şəxslərin rüşvətxorluq xəstəliyinə tutulmasının nəticəsidir".

Qlobal.az mövzu ilə bağlı Gəncə Dövlət Universitetindən mövqe öyrənə bilməyib.
Qarşı tərəf mövqe bildirə bilər.
Qlobal.az