Gələcəyin “biznes ledy”sinə çevrilmək üçün qızlar nə etməlidirlər?
Noyabr 05
11:48
2022
Səkinə Babayeva: "Çox yaxşı olardı ki, qızlarda liderlik bacarıqları, özünə inam hələ məktəb dövründən formalaşsın”
Azərbaycanda son illər sahibkarlıq sahəsində gender göstəriciləri müsbətə doğru xeyli dəyişib. İllər öncə sahibkar qadınların sayı barmaqla sayılacaq qədər idisə, indi müxtəlif sahələrdə sahibkara çevrilən qadınlara rast gəlmək mümkündür. Sahibkarlıqla məşğul olanların xüsusi çəkisində qadınların payının çoxalması üçün dövlət tərəfindən xüsusi proqramlar, layihələr həyata keçirilir. Bununla belə qadınların sahibkara çevrilməsi üçün cəmiyyətdə, ailədə müəyyən streotiplər mövcuddur. Qızların erkən nikaha cəlb edilməsi, təhsildən uzaqlaşdırılması bəzən onların bu istəklərini həyata keçirməyə mane olur.
Azərbaycan Qadın Sahibkarları Assosiasiyasının (AQSA) sədri Səkinə Babayeva bildirir ki, qadın sahibkarlığının inkişafı ölkənin iqtisadi siyasətində prioritetlərdən biridir. Onun sözlərinə görə, son illər qadın sahibkarlığının inkişafında müəyyən meyllər müşahidə edilir. Bununla belə, qadınlarda sahibkarlığa başlamaq üçün özünəinam olmalıdır. Qızlara hələ məktəb dövründən liderlik qabiliyyətinə yönəlik təlimlər keçirilməli, onlara müəyyən biliklər aşılanmalıdır.
S. Babayeva davamlı təhsilin qadınların gələcəkdə inkişafı, sahibkara çevrilməsində böyük rolu olduğunu söyləyir. Onun sözlərinə görə, qızlara hələ məktəb dövründən liderlik təlimləri ilə yanaşı, müxtəlif peşələrin də sirrləri öyrədilməlidir:
"Qızların erkən təhsildən uzaqlaşdırılması onların gələcəyinə mənfi təsir göstərir. Onlarda hələ məktəb dövründə özlərinə inam formalaşdırılmalıdır. Qızlara həmçinin müxtəlif peşələr barədə məlumatlar verilməli, məktəblilərin istehsal müəssisələrinə səfərləri təşkil olunmalıdır. Bu, qızlarda gələcəkdə müəyyən sahədə öz biznesini qurmağa, inkişaf etdirməyə həvəs yarada bilər”.
Həmsöhbətimiz deyir ki, qadın sahibkarlığında tibbi, sağlamlıq, ekoturizm istiqamətləri üzrə də meyllər artmaqdadır. Qadın sahibkarlığının inkişafı üçün dövlətimiz tərəfindən geniş imkanların yaradıldığını söyləyən AQSA sədrinin fikrincə, əsas məsələlərdən biri qadınların yeni biznesə başlaması üçün özlərinə güvənməsi və sahibkar olma arzusunu gercəkləşdirməkdən ötrü səy göstərməsidir:
"ASQA bunun üçün qadınlara müxtəlif təlimlər keçir. Çox yaxşı olardı ki, qızlarda liderlik bacarıqları, özünəinam hələ məktəb dövründən formalaşsın. Bu zaman qızlar müstəqil həyata atılarkən öz işini sərbəst qurmağa daha tez qərar verə, biznesini inkişaf etdirə bilər. Biz çalışmalıyıq ki, qızlar təhsildən yarımçıq uzaqlaşmasın. Bunun üçün məktəb dövründə müəyyən maarifləndirici təlimlərin keçirilməsi vacibdir”.
ASQA lideri deyir ki, bəzən qadın iş qurmaq istəyir, amma valideynlərin təpkisi ilə qarşılaşır. Bir yandan qadın sahibkar olmaq istəyir, digər tərəfdən isə təşəbbüsünü dəstəkləyən tapmır.
Assosiasiya rəhbəri bildirib ki, hazırda Azərbaycanda 200 mindən çox qadın sahibkarlıqla məşğul olur, onların təxminən 20%-i səhiyyə sektorunda, xüsusilə estetik, sənaye və ginekologiya sahələrində öz biznesini açıb. Azərbaycanda qadınlar ən çox estetik-tibbi mərkəzlər və özəl uşaq bağçaları açmağa meyllidirlər.
"Azərbaycanda qadınların estetik-tibb sahəsində sahibkarlıq fəaliyyətinə daha çox rast gəlinir. Estetik klinikaların çoxunun sahibkarı qadındır. Sənayedə qadınların sahibkarlıq fəaliyyəti isə zəifdir. Biz hesab edirik ki, rəqəmsal və marketinq sahəsində qadınların rolunu artırmağa ehtiyac var", - S.Babyeva deyib.
Məlumat üçün bildirək ki, rəsmi statistikaya görə, son illər ərzində ölkədəki qadın sahibkarların sayı dəfələrlə artaraq 250 231 nəfərə çatıb. Onların 30,5 faizi paytaxt Bakının payına düşür. Sahibkar qadınların daha çox çalışdığı ikinci bölgə Lənkəran-Astara iqtisadi rayonudur. Bu iqtisadi rayonda sahibkar qadınların 10,1 faizi, Qazax-Tovuz iqtisadi rayonunda 8,8 faizi, Gəncə-Daşkəsən iqtisadi rayonunda isə 7,4 faizi fəaliyyət göstərir.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) isə bildirdilər ki, ölkəmizdə qadın sahibkarlığın inkişafı təşviq edilir, bu sahədə müvafiq dövlət qurumları və özəl sektorla birgə müxtəlif tədbirlər və layihələr həyata keçirilir. Bunun üçün qadınlara pulsuz biznes təlimləri təşkil edilir.
Qeyd: Bu məqalə "Qadın Liderliyi Uğrunda" İctimai Birliyinin Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə həyata keçirilən "Məktəbli qızlar arasında davamlı təhsil və liderliyin təbliği” layihəsi çərçivəsində yazılıb.