SON XƏBƏR

"Gələn dəfə bacınızı daha təhlükəsiz kluba göndərin" - Aparıcı Azər terrorda ölən Nuranə haqda

Yanvar 05
19:49 2017
Xəbər verdiyimiz kimi, Yeni il günü Türkiyədə "Reina" klubunda terror aktı törədilib.

39 insanın qətlə yetirildiyi terrorda ölənlər arasında əslən azərbaycanlı olan Rusiya vətəndaşı Nuranə Həsənova da olub.

Həmyerlimizin terror nəticəsində ölməsi deyil, həmin gün əylənmək üçün məhz kluba getməsi azərbaycanlılar arasında birmənalı qarşılanmayıb. Mərhumu kluba getdiyinə görə qınayanlardan biri də məşhur aparıcı Azər Şirin olub.

O, sosial şəbəkədə terror qurbanı olan Nuranə Həsənovanın faciəvi ölümününə görə "baş sağlığı" verib.

Azər Şirinin sözügedən statusunu təqdim edirik:

"Son günlərin aktual xəbərlərindən biri də Reinada ölən azərbaycanlı qız və onun xəbərinin altına yazılan səviyyəsiz şərhlərdir. 

Mən o xanımın ölümünə kədərlənən bütün bacı və qardaşlara baş sağlığı verirəm. Axır qəminiz olsun. Amma gələn dəfə ehtiyatlı olun. Bacınızı daha təhlükəsiz klublara istirahətə göndərin. Hamının əylənməyə haqqı var, elə deyilmi? Başınız sağ olsun".
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook