Gələn il Azərbaycanda orta aylıq pensiya 435 manat olacaq
Oktyabr 30
10:26
2023
Gələn il Azərbaycanda orta aylıq pensiya artırılır.
Xatırladaq ki, 2023-cü ildə ölkə üzrə orta aylıq pensiya 372,1 manatdır.
"Report”un əldə etdiyi məlumata görə, bu, Hesablama Palatasının "2024-cü ilin dövlət büdcəsi haqqında” qanun layihəsinə rəyində əksini tapıb.
Qeyd edilib ki, cari ilin birinci yarısında orta aylıq pensiya məbləğinin 16,9% artıma sahib olması, habelə ilin sonuna ölkə üzrə orta aylıq əməkhaqqının artım tempinin 10,7% hədində proqnozlaşdırılması növbəti ilin əvvəlində orta aylıq pensiya məbləğinin 435 manat hədd ətrafında olacağını göstərir.