SON XƏBƏR

Gənc alimlərə tikilən evləri AMEA rəhbərliyi kimlərin adına rəsmiləşdirib? - SİYAHI

İyun 02
19:56 2019
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) yataqxanasında yaşayan gənc alimlər üçün tikilən evlər Akademiyanın rəhbərliyi tərəfindən mənimsənilib.
 
Qlobal.az xəbər verir ki, bu barədə təhsil üzrə ekspert, fəlsəfə doktoru Etibar Əliyev sosial şəbəkələrdə məlumat paylaşıb.
 
Məlumata görə gənc alimlər üçün Yasamal rayonunda inşa edilən binadan AMEA-nın prezidenti Akif Əlizadənin və gəlinin adına iki mənzil, vitse-prezident İbrahim Quliyevin adına bir mənzil və AMEA-nın İşlər İdarəsinin müdiri Fətəli Abdullayevin sürücüsünün həyat yoldaşının adına bir mənzil rəsmiləşdirilib. 
 
Etibar Əliyevin feysbukda paylaşdığı xəbəri təqdim edirik:
 
"AMEA-nın prezidenti, vitse-prezidenti və İşlər İdarəsinin müdiri yataqxanada yaşayan alimlər üçün tikilən binada evləri belə mənimsəyiblər

AMEA-nın prezidenti Əlizadə Akif Ağamehdi oğlunun adına (Müqavilə:72;73)Yasamal rayonu A.M.Şərifzadə 12 ünvanında inşa olunan 16 mərtəbəli yaşayış evinin 4-cü girişnin 5-ci mərtəbəsində 241saylı 4 otaqlı (178,3kv.m) və 242 saylı 2 otaqlı (63,4kv.m) mənzillər (ümumi dəyəri 181275 man);

Əlizadə Akif Ağamehdi oğlunun gəlini Əlizadə Tamilla Aşum qızının adına (Müqavilə:74;75) Yasamal rayonu A.M. Şərifzadə 12 ünvanında inşa olunan 16 mərtəbəli yaşayış evinin 4-cü girişinin 6-cı mərtəbəsində 247 saylı 4 otaqlı (178,3kv.m) və 248 saylı 2 otaqlı(63,4kv.m) mənzillər(ümumi dəyəri 181275 man);

AMEA-nın Vitse-prezidenti Quliyev İbrahim Səid oğlunun adına (Müqavilə: 76) Yasamal rayonu A.M.Şərifzadə 12 ünvanında inşa olunan 16 mərtəbəli yaşayış evinin 4-cü girişinin 7-ci mərtəbəsində 253 saylı 4 otaqlı (178,3kv.m) mənzil (dəyəri 133725 man);

AMEA-nın İşlər İdarəsinin müdiri Fətəli Abdullayevin sürücüsünün həyat yoldaşı Bayramova Ülviyyə Rafiq qızının adına (Müqavilə:77) Yasamal rayonu A.M.Şərifzadə 12 ünvanında inşa olunan 16 mərtəbəli yaşayış evinin 4-cü girişinin 8-ci mərtəbəsində 259 saylı 4 otaqlı(178,3kv.m) mənzil (dəyəri 133725 man)".
 
Adıçəkilən qurum və şəxslər mövqe bildirə bilərlər.
 
Qlobal.az
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook