SON XƏBƏR

Gənc Tamaşaçılar Teatrında yaşlı aktyorları işdən çıxartdılar - Qalmaqal

Yanvar 10
14:06 2019
"Doğma teatrımızın 90 illiyində bizə hədiyyəsi budurmu?”
 
"Gənc Tamaşaçılar Teatrının yaşlı aktyorları işdən çıxarılır”.
 
Bu barədə AzNews.az-a teatrın aktyoru, xalq artisti Yasin Qarayev məlumat verib.
 
O, bildirib ki, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının yeni təyin olunan direktoru Naidə İsmayılzadə bu barədə göstəriş verib: "Artıq xalq artistləri Ağaxan Salmanlının, Lətifə Əliyevanın, Əməkdar artistlər Atabala Səfərovin, Rahib Əliyev və başqalarının ərizələri alınıb. Yalnız Mənimlə Xalq artisi Tariyel Qasımov etiraz edib işdən çıxmaq ərizəsinə qol çəkməmişik. ”
 
Xalq artisti bildirib ki, işdən çıxmaq səbəbi kimi yaş senzi göstərilib: "Bizə deyirlər ki, gəl, öz xahişinlə işdən çıxmağınla bağlı ərizə yaz. Mən də deyirəm ki, işdən çıxarırsınıza, onda ərizəmizdə qeyd edin ki, yaşı 70-i keçib, ona görə çıxarırıq. Bunu da yazmırlar. Guya Əmək Məcəlləsində belə bir maddə var ki, 65 yaşdan sonra işləmək olmaz. Axı biz fabrik-zavodda fəaliyyət göstərmirik, incəsənət sahəsində çalışırıq. Bizim oynadığımız tamaşalar var, onlar necə olacaq? Teatrda yaşlı nənə-baba rollarını kim oynayacaq? Guya biz Rusiya teatrlarından, Stanislavski məktəbindən nümunə götürür, onların yolu ilə işləyirik. Axı onlarda Etuş, Yuriski, Zaxarov, Şirvind və.s kimi 80-90-95 yaşlı teatr və kino xadimləri teatrdan çıxarılmır, qalıb işləyir, maaş alırlar? Bizim doğma teatrımızın 90 illiyində bizə hədiyyəsi budurmu?”
Yasin Qarayev məsələ ilə bağlı əlaqədar qurumlara məktub yazdıqlarını da bildirib: "Ümid edirik ki, problemimiz qısa müddətdə aradan qaldırılacaq.”
 
P.S. Məsələ ilə bağlı qarşı tərəfi də dinləməyə hazırıq.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook