Gənc yazar “Ədibin evi” hekayə müsabiqəsindəki ədalətsizliyə etiraz etdi
May 03
16:18
2023
O, hekayə seçimində prinsip və şərtlərin pozulduğunu deyir
Gənc yazar Günel İbrahimova "Ədibin evi” III hekayə müsabiqəsində baş verən ədalətsizliyə etiraz edir.
Bu barədə yazar "Arqument.az"a danışıb.
O deyir ki, müsabiqə zamanı ədalətsizliyə yol verilməklə yanaşı, müsabiqədə qoyulan şərtlər və prinsiplər pozulub.
"Ədibin evi” hekayə müsabiqəsi ədəbiyyatşünas, yazıçı Mir Cəlal Paşayevin irsini yaşatmaq məqsədilə keçirilir.
"Ədibin evi” - yazıçı, alim-pedaqoq Mir Cəlal Paşayevin 1920-1940-cı illərdə yaşadığı evdir.
Bu ev onun ailəsi tərəfindən təmir edilərək ədibin anadan olmasının 109-cu ildönümündə ev-muzeyi kimi istifadəyə verilib.
"Şərtlərin pozulması Mir Cəlal irsinə hörmətsizlikdir"
Gənc yazar Günel İbrahimova isə düşünür ki, bu müsabiqədə qoyulan şərtlərin pozulması Mir Cəlal irsinə hörmətsizlikdir:
"Buna nə ad verəcəyimi bilmirəm. Göstərişmi, yola veməkmi? Yoxsa, heç bir ad verməyib, sadəcə, "hər kəs özünə yaraşanı edər" deyib keçimmi? Təəssüf ki, haqsızlıqları qəbul edən, həzm edə bilən biri deyiləm. Deməli, "Ədibin evi” yazıçı Mir Cəlalın 115 illiyi münasibəti ilə III hekayə müsabiqəsini elan etmişdi. Müsabiqə fevralın 1-nə kimi yekunlaşırdı. Şərtlər isə belə idi ki, hər müəllif yalnız bir hekayə yollaya bilər və hekayənin söz limiti 1500-ü keçməməli, heç bir yerdə çap edilməmiş hekayə olmalıdır. Hekayələr fevralın 1-nə kimi qəbul edilirdi. Mən də hekayə yazdım, amma söz sayı 2500-ü keçdiyi üçün bir qədər azaltma etdim, redaktə işlərini bitirincə gördüm ki, söz sayını azaltdıqca məzmun, məna da cılızlaşır. O səbəbdən də həmin hekayəmi yox, başqa birini yolladım. Səbrsizliklə nəticələri gözləyərkən "Ədibin evi”nin Ədəbiyyata Dəstək Fondunun icraçı direktoru Şəfəq Mehralıyevaya yazdım, nəticələrin nə zaman məlum olacağını maraqlandım. Şəfəq xanım qeyd etdi ki, nəticələr aprelin sonu məlum olacaq. Mən də aprelin sonunu gözləyərkən gördüm ki, artıq elanlar paylaşılır, qaliblər elan edilib, hətta mükafatlandırılıb. Amma hələ aprelin ortaları idi".
"Hekayə qolçomaqlar dövrünü əks etdirən təhkiyə üsulu ilə yazılıb"
Yazar deyir ki, müsabiqədə yer tutan hekayələr prinsip və şərtlərə uyğun olmayıb:
"Maraq məni birtəhər etdi ki, bu hekayələri tapıb oxuyum, mənim hekayəmi qalibiyyətdən uzaq salan səbəbləri özüm üçün aydınlaşdırım. Hekayələrdən yalnız birini - 2-ci yerin qalibi "Bənövşə xala”nı tapıb oxudum. Hətta tənbəllik etmədən sözlərini də saydım. Hekayə 1800-ə qədər sözdən ibarət idi. Üstəlik, hekayə qolçomaqlar dövrünü əks etdirən təhkiyə üsulu ilə yazılıb. Yanlış anlaşılmaq istəmirəm, məqsədim hekayəni, ya da müəllifi tənqid etmək deyil, sadəcə, öz hekayəmi ondan heç də zəif, geri qalmış hesab etmirəm. On görə də yalnız bu hekayəni əldə edib oxuya bildiyim üçün onun üzərindən çıxış etdim".
"Bəs haqq, bəs ədalət, şəffaflıq, düzgünlük?"
Yazar bildirib ki, müsabiqədə yer tutan hekayə öncə müəllifin sosial media hesabında yayılıbmış:
"Bu haqsızlığı görüncə Şəfəq xanıma təkrar yazmaq qərarına gəldim və ondan öz qoyduqları şərtləri niyə məhz özlərinin pozduğunu soruşdum. Yazdığım onca söz, ünvanladığım suallara rəğmən aldığım ilk mesaj: "Siz o hekayəni harada oxumusunuz, axı qalib hekayələr hələ çap edilməyib?!” sualı oldu. Mən hekayəni müəllifin özünün hesabında paylaşıldığını deyəndə və hətta surətini də ona yollayandan sonra marağında olduğum sualları təkrar ünvanladım. Bu dəfə də məsuliyyətdən yayınmağa hesablanmış növbəti mesajı aldım: "Bizim imzamız olmadan hansısa hesablarda paylaşılmış yazılara görə biz heç bir məsuliyyət daşımırıq!”".
Günel İbrahimova deyir ki, bundan sonra bir daha qaydaları təşkilatçılara xatırladıb:
"Mən, təbii ki, qaydaları, şərtləri niyə özlərinin pozduğunu təkrar soruşsam və yazmaq məqsədimi izah etməyə çalışsam da, ənənvi cavab gəldi ki, diqqətinizi yuxarıda qeyd etdiyim fikrə təkrar yönəltmənizi xahiş edirəm, xanım. Bu, suallara cavab verməkdən açıq yayınma idi. İndi deyək ki, mən yazıçı, publisist, filoloq, ədəbiyyatşünas deyiləm, sadəcə həvəskar yazaram, bəs bu sinəsinə döyən on məşhur yazıçı, ədəbiyyatşünas? Bəs onların seçdiyi hekayələr? Bəs haqq, bəs ədalət, şəffaflıq, düzgünlük? Yoxsa bu kəlmələr, sadəcə, lüğətimizdə, leksikonumuzda öz əksini tapmaqla qısıtlanmağa məhkumdur?"
"Təşkilatçı hansı şəffaflıqdan, haqdan, ədalətdən, dürüstlükdən sinəsi qabara-qabara danışır?"
Gənc yazar bir sıra məqamlara aydınlıq gətirmək üçün "Ədibin evi”nə suallar da ünvanlayıb:
"Əgər müsabiqə elan etmisinizsə, onu niyə, sadəcə ad, göstəriş üçün edirsiniz? Bu bir məcburiyyətdir, yoxsa maraq? Məqsəd Mir Cəlal yaradıcılığı, yubileyi münasibəti ilə müsabiqə təşkil etmək, ədəbiyyatımıza yeni yazarlar, ədiblər, simalar qazandırmaqdırsa, bəs niyə bunu şəffaflıqla yox, əyri yollarla edirsiniz? Budurmu sizin özünüzə demirəm, Mir Cəlal kimi şəxsiyyətə, gənclərə, istedadlara, sözün əsl mənasında, qiymət verən bir yazıçıya biçdiyiniz dəyər? Qoyduğu şərt və tələblərə özü əməl etməyən bir qurum, təşkilatçı hansı şəffaflıqdan, haqdan, ədalətdən, dürüstlükdən sinəsi qabara-qabara danışır, onu anlamıram. Əgər siz haqlı idinizsə, deyək ki, yanılan, haqsızlıq edən mənəmsə, dediyiniz kimi kiminsə şəxsi səhifəsində paylaşılanlara görə siz məsuliyyət daşımırdınızsa, o zaman niyə müəllifin qalib olduğum hekayə deyərək qürurla paylaşmış olduğu yazını sildirdiniz? Ümid etmək istəyirəm ki, bu dəfə də suallarıma sualla geri dönüşlər gəlməz".
Günel İbrahimova deyir ki, o, bu ədalətsizliyi ədəbiyyata və yazıçının ədəbi irsinə yaraşmayan addım sayır.
Gənc yazar hesab edir ki, Birinci vitse-prezident Mehriban Əliyeva bu məsələyə mütləq reaksiya verəcək.
"Arqument.az" "Ədibin evi” III hekayə müsabiqəsinin təşkilatçıları ilə əlaqə saxlaya bilməyib.