Gəncə şəhərində Miniatür Kitab Muzeyinin filialı açıldı FOTOLAR
May 23
10:23
2016
Gəncənin Heydər Əliyev adına baş meydanında Miniatür Kitab Muzeyinin Gəncə filialının açılışı olub. SİA-nın verdiyi xəbərə görə, açılış mərasimində Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, Azərbaycan Prezidenti katibliyinin rəisi Dilarə Seyidzadə, Mədəniyyət və Turizm Nazirliyinin Aparatının rəhbəri Rafiq Bayramov, Miniatür Kitab Muzeyinin təsisçisi və rəhbəri Zərifə Salahova və kitabsevərlər iştirak ediblər.
Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev Miniatür Kitab Muzeyinin Gəncə filialında toplanan kitabların tədqiqatçılar və oxucular üçün faydalı olacağını vurğulayıb. İcra başçısı bildirib ki, müasir dövrdə mədəniyyət nümunəsi kimi dəyərləndirilən miniatür kitablar geniş yayılıb və populyarlıq qazanıb. Bu nəşrlər təkcə məlumat və bilik vermək, mütərəqqi ideyalar yaymaq vəzifəsini daşımır. Həcmcə kiçik olsalar da, böyük dəyərə malik miniatür kitablar xüsusi kitabxanalarda, muzeylərdə, sərgilərdə nümayiş etdirilir.
Miniatür Kitab Muzeyinin təsisçisi və rəhbəri Zərifə Salahova çıxışında bildirib ki, Bakının tarixi hissəsində, İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisində yerləşən muzey 2002-ci il aprel ayının 23-dən fəaliyyətə başlayıb. Bu muzey onun şəxsi kolleksiyasında olan kitablar əsasında yaranıb. Muzeyin kitab fonduna 7500 miniatür kitab daxildir. Bu gün muzeydə 38 vitrində dünyanın 72 ölkəsində çap olunan, olduqca rəngarəng 5 min 500 mini kitab nümayiş olunur.
Zərifə Salahova mərasim iştirakçılarının diqqətin çatdırıb ki, Miniatür Kitab Muzeyinin Gəncə filialında ümumilikdə 15 vitrində 29 ölkədə nəşr olunan müxtəlif mövzularla bağlı yüksək poliqrafiya səviyyəsində çap edilmiş 1018 nüsxə mini kitab nümayiş olunur.
Miniatür Kitab Muzeyinin Gəncə filialında təkcə Azərbaycanın deyil, həm də digər ölkələrdən olan görkəmli siyasətçilərə, ədəbiyyat, elm, incəsənət və idman xadimlərinə həsr edilmiş mini kitablar, dünya ədəbiyyatının nadir incilərini əks etdirən mini kitablar və rəngli illüstrasiyalı uşaq miniatür kitabları sərgilənir. Burada miniatür dini kitablar, o cümlədən, ekspozisiyanın 15-ci vitrinində 1672-ci ildə Səudiyyə Ərəbistanında çap olunan Quran nümayiş etdirilir.
Daha sonra Mərkəzi Kitabxana Sisteminin yeni binaya köçürülən uşaq şöbəsi ilə tanışlıq olub. Qonaqlara məlumat verilib ki, burada 8 min 124 nüsxə ədəbiyyat saxlanılır. Ədəbiyyatlardan 1016-sı rus dilində, qalanı isə Azərbaycan dilində latın qrafikası ilə çap edilmiş kitablardır. Kitablar müxtəlif elm sahələrini əhatə edir. Şöbədə yerli və əcnəbi yazarları kitabları, dünya ədəbiyyatı və məktəblərində keçirilən dərslərə aid bədii ədəbiyyatlar toplanıb. Bundan başqa şöbədə uşaqlara aid dövrü mətbuat nümunələri də saxlanılır.

Qlobal.az