Gəncədə dövlət layihələrinin smetasını kimlər "şişirdir"? - ARAŞDIRMA
Aprel 19
00:02
2021
Azərbaycanın qərb bölgəsinin mərkəzi olan, dövlətçilik tariximizdə mühüm yer tutan Gəncə şəhəri ölkədə geniş miqyasda abadlıq-quruculuq işləri aparılan şəhərlərdəndir.
Gəncə şəhər İcra Hakimiyyətinin sifarişçi olduğu hər iki layihəni birbaşa müqavilə əsasında "Rövşən Oğuz Qrup” Məhdud Məsuliyyətli Cəmiyyəti inşa edir.
40 manat kapitallı MMC-yə 40 milyonluq tikinti
40 manat nizamnamə kapitalı olan "Rövşən Oğuz Qrup” MMC-nin qanuni təmsilçisi Mustafayev Hafiz Carı oğludur.
Hafiz Mustafayev 2017-ci ildə Gəncə şəhərinin sosial-iqtisadi və mədəni inkişafındakı xidmətlərə görə dövlət başçısı tərəfindən "Əməkdar mühəndis" fəxri adına layiq görülüb.
Maraqlıdır ki, 8 rəqəmli smetası olan tikinti işlərini həyata keçirən "Rövşən Oğuz Qrup” MMC-nin fəaliyyət profili, indiyə qədər həyata keçirdiyi layihələr haqqında məlumat verən saytı yoxdur.
Şirkətin feysbuk səhifəsi isə daha bərbad və acınacaqlı durumdadır.
Feysbuk profilində yazılanlara görə şirkət mülki inşaat işləri, keyfiyyətli mebel istehsalı, qeyri-sənaye obyektləri və mənzillərin texniki xidmət və təmiri, habelə istilik, ventilyasiya və kondisioner sistemlərinin quraşdırılması və servisi, isitmə sistemləri, avadanlıqların texniki qulluq xidmətləri göstərən şirkətdir.
Gəncədə Dram teatrı ilə İdman Sarayının smetası şişirdilir?
"Rövşən Oğuz Qrup” MMC Gəncədə fəaliyyətə hansı ildə başlamağı barədə dəqiq məlumat olmasa da, şirkətin rəhbərinin 2017-ci ildə fəxri ad almasını əsas götürsək, deməli, bu şirkətin şəhərdəki fəaliyyəti bir neçə il öncəyə, şəhərin icra hakimiyyətinin əvvəlki başçısı Elmar Vəliyevin dövrünə gedib çıxır.
Ancaq "Rövşən Oğuz Qrup” MMC-nin Elmar Vəliyevin dövründə Gəncə şəhərində hansı işləri gördüyü barədə məlumat yoxdur. Hər halda şirkətin feysbuk səhifəsində belə məlumatlara rast gəlinmir.
Şirkətin bu zamana qədər hansı böyük layihələrə imza atması da bilinmir. Dövlət Satınalmalarının bazasında isə "Rövşən Oğuz Qrup” MMC-nin 2017-ci ildə Dövlət Neft Fondunun 5 xırda layihəsini həyata keçirdiyi barədə məlumatlar qeyd edilib. Bu layihələrin ən böyüyünün smetası 11376 manat təşkil edib.
Lakin bir il öncə - 2020-ci ilin aprel ayının 9-da "Rövşən Oğuz Qrup” MMC Gəncə Şəhər İcra Hakimiyyəti ilə ümumi məbləği 21.500.000 manatlıq birbaşa müqavilə bağlayıb.
Gəncə Şəhər İcra Hakimiyyəti ilə "Rövşən Oğuz Qrup” MMC arasında 2020-ci ilin aprel ayında bağlanan birbaşa müqavilənin üstündən iki ay sonra İcra Hakimiyyəti ilə şirkət arasında iyun ayının 10-da "İdman Sarayının Tikintisi işlərinin davam etdirilməsi" lotu üzrə 1.8 milyon manat dəyərində daha bir satınalma müqaviləsi imzalanıb. Əlbəttə bu son deyil.
Novruz bayramı ərəfəsində, yəni, mart ayının 19-da Gəncə Şəhər İcra Hakimiyyəti ilə "Rövşən Oğuz Qrup” MMC arasında "Dövlət Dram Teatrının yeni binasının tikintisi işlərinin davam etdirilməsi" (smeta - 9.350.000) və "İdman Sarayının tikintisi işlərinin davam etdirilməsi" (smeta - 9.400.000) lotları üzrə ümimilikdə 18.750.000 manatlıq müqavilə imzalanıb.
Təbii ki, sözügedən tikinti layihələrinə xərclənən dövlət vəsaitlərinin artması barədə isə ölkə ictimaiyyətinə nə Gəncə Şəhər İcra hakimiyyəti, nə də "Rövşən Oğuz Qrup” MMC indiyədək heç bir məlumat verməyib.
Ən maraqlı olan isə layihəyə xərclənən dövlət vəsaitlərinin günbəgün şişirdilməsidir.
Keçirilən satınalınmanın mahiyyəti sözügedən layihələrə bundan sonra da dövlət büdcəsindən vəsait axınının davam edəcəyini göstərir.
Qlobal.az
Bu məqsədlə hər il dövlət büdcəsindən Gəncə şəhərinə on milyonlarla vəsait ayrılır. Gəncə şəhərində son bir neçə ildə inşa edilən nə böyük layihələrdən biri də Gəncə şəhərində İdman Sarayının və Gəncə Dövlət Dram Teatrının yeni binasının tikintisidir. Bu layihələrin inşasına xərclənən vəsait artıq 42 milyon manatı adlayıb.
40 manat kapitallı MMC-yə 40 milyonluq tikinti
Qlobal.az xəbər saytının bu dəfəki araşdırması Gəncə şəhərində dövlət büdcəsi hesabına 42 milyon manatdan artıq tikinti işləri barədədir. Sözügedən tikinti işlərini "Rövşən Oğuz Qrup” Məhdud Məsuliyyətli Cəmiyyəti aparır.
"Rövşən Oğuz Qrup” MMC 2009-cu ilin aprel ayında təsis edilib. Vergilər Nazirliyinin bazasında olam məlumatlara görə şirkətin hüquqi ünvanı (əvvəlki hüquqi ünvanı Oğuz şəhəri, Nəsimi küçəsi ev 11) Əhməd Rəcəbli 1, ev 8, "Adore Plaza"-nın 3-cü mərtəbəsidir.
Hafiz Mustafayev 2017-ci ildə Gəncə şəhərinin sosial-iqtisadi və mədəni inkişafındakı xidmətlərə görə dövlət başçısı tərəfindən "Əməkdar mühəndis" fəxri adına layiq görülüb.
Maraqlıdır ki, 8 rəqəmli smetası olan tikinti işlərini həyata keçirən "Rövşən Oğuz Qrup” MMC-nin fəaliyyət profili, indiyə qədər həyata keçirdiyi layihələr haqqında məlumat verən saytı yoxdur.
Şirkətin feysbuk səhifəsi isə daha bərbad və acınacaqlı durumdadır.
Belə ki, şirkətin feysbuk səhifəsində ən son paylaşım iki il bundan əvvəl - 2019-cu ilin mart ayında olub. İki layihəsi 42 milyon olan şirkətin feysbuk səhifəsindəki paylaşımlarının baxış sayı isə 10-15 arasıdır. Adi məntiqlə düşünsək, deməli, bu şirkətin baş ofisində çalışan şəxslər evlərinə çörək qazandıqları şirkətin feysbuk səhifəsinə baxmırlar... https://www.facebook.com/rovshanoguzgroup/about/
Feysbuk profilində yazılanlara görə şirkət mülki inşaat işləri, keyfiyyətli mebel istehsalı, qeyri-sənaye obyektləri və mənzillərin texniki xidmət və təmiri, habelə istilik, ventilyasiya və kondisioner sistemlərinin quraşdırılması və servisi, isitmə sistemləri, avadanlıqların texniki qulluq xidmətləri göstərən şirkətdir.
Gəncədə Dram teatrı ilə İdman Sarayının smetası şişirdilir?
"Rövşən Oğuz Qrup” MMC Gəncədə fəaliyyətə hansı ildə başlamağı barədə dəqiq məlumat olmasa da, şirkətin rəhbərinin 2017-ci ildə fəxri ad almasını əsas götürsək, deməli, bu şirkətin şəhərdəki fəaliyyəti bir neçə il öncəyə, şəhərin icra hakimiyyətinin əvvəlki başçısı Elmar Vəliyevin dövrünə gedib çıxır.
Ancaq "Rövşən Oğuz Qrup” MMC-nin Elmar Vəliyevin dövründə Gəncə şəhərində hansı işləri gördüyü barədə məlumat yoxdur. Hər halda şirkətin feysbuk səhifəsində belə məlumatlara rast gəlinmir.
Şirkətin bu zamana qədər hansı böyük layihələrə imza atması da bilinmir. Dövlət Satınalmalarının bazasında isə "Rövşən Oğuz Qrup” MMC-nin 2017-ci ildə Dövlət Neft Fondunun 5 xırda layihəsini həyata keçirdiyi barədə məlumatlar qeyd edilib. Bu layihələrin ən böyüyünün smetası 11376 manat təşkil edib.
Lakin bir il öncə - 2020-ci ilin aprel ayının 9-da "Rövşən Oğuz Qrup” MMC Gəncə Şəhər İcra Hakimiyyəti ilə ümumi məbləği 21.500.000 manatlıq birbaşa müqavilə bağlayıb.
Gəncə Şəhər İcra Hakimiyyəti şirkətlə "Gəncə Dövlət Dram Teatrının yeni binasının tikintisi" (16.900.000) və "Gəncə şəhərində İdman Sarayının tikintisi" (4.600.000) üzrə hər iki müqaviləni eyni gündə imzalayıb.
Novruz bayramı ərəfəsində, yəni, mart ayının 19-da Gəncə Şəhər İcra Hakimiyyəti ilə "Rövşən Oğuz Qrup” MMC arasında "Dövlət Dram Teatrının yeni binasının tikintisi işlərinin davam etdirilməsi" (smeta - 9.350.000) və "İdman Sarayının tikintisi işlərinin davam etdirilməsi" (smeta - 9.400.000) lotları üzrə ümimilikdə 18.750.000 manatlıq müqavilə imzalanıb.
Təbii ki, sözügedən tikinti layihələrinə xərclənən dövlət vəsaitlərinin artması barədə isə ölkə ictimaiyyətinə nə Gəncə Şəhər İcra hakimiyyəti, nə də "Rövşən Oğuz Qrup” MMC indiyədək heç bir məlumat verməyib.
Ən maraqlı olan isə layihəyə xərclənən dövlət vəsaitlərinin günbəgün şişirdilməsidir.
Belə ki, Gəncə Şəhər İcra Hakimiyyəti ötən həftə, aprel ayının 15-də "Gəncə şəhərində İdman Sarayının tikintisinin layihə-smeta sənədlərinin hazırlanması (əlavə və dəyişiklərə əsasən) işlərin satın alınması lotu üzrə 418.400 manatlıq daha bir satınalmaya yekun vurub.
Satınalmanın qalibi "Başak Proje və Dizayn" MMC olub. Şirkətin qanuni təmsilçisi Kamil Gungor Guldur.