SON XƏBƏR

Gənclər Fondunda satınalma: Qalib olan şirkətin 64 min vergi borcu var - FOTO

Avqust 10
15:18 2020
Gənclər Fondu 47,8 min manatlıq satınalma həyata keçirib. 
 
Qlobal.az xəbər verir ki, Fondun keçirdiyi satınalma barədə məlumat bu gün tender.gov.az saytına yerləşdirilib. 
 


 
Gənclər Fondunun "Koronavirus (COVID-19) infeksiyasının ölkəmizdə yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınmasında könüllülərin iştirakının təmin olunası üçün müxtəlif promo (köynək, papaq və s) malların satın alınması" lotu üzrə keçirdiyi satınalmanın qalibi "PRINT POINT" Məhdud Məsuliyyətli Cəmiyyəti olub. 
 

 
"PRINT POINT" Məhdud Məsuliyyətli Cəmiyyəti 2015-ci ildə dövlət reyestrindən qeydiyyatdan keçib.
 
Şirkətin hüquqi ünvanı Xətai rayonu, Məhəmməd Hadi ev 73, mənzil 92 ünvanı, qanuni təmsilçisi isə Koroğluyev Mehman Əhəd oğludur.
 

 
Maraqlıdır ki, "PRINT POINT" MMC-nin hazırda dövlətə 64.519 manat vergi borcu var. 
 
Qlobal.az
 





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook