SON XƏBƏR

“Gəncliyin səsi” festivalı keçiriləcək

Yanvar 28
14:18 2016
Azərbaycan Prezidentinin "2 fevral - Gənclər günü kimi qeyd olunması haqqında” Sərəncamına əsasən Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ənənəvi olaraq "Gəncliyin səsi” adlı festival keçirilir. Festival gənc istedadların üzə çıxarılması, onların yaradıcılıq axtarışlarının, bilik və bacarıqlarının, yaradıcılıq nailiyyətlərinin dəstəklənməsi, yeni simaların aşkar olunması məqsədi daşıyır.
 
Trend-in məlumatına görə, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə 2016-cı ilin 1-5 fevral tarixində Bakı və Gəncə şəhərlərində "Gəncliyin səsi” adlı festival keçiriləcək.
 
Festivalda mədəniyyətin müxtəlif sahələri üzrə peşəkar və həvəskar gənclərin iştirakı ilə konsertlərin, görüşlərin, foto və rəsm sərgilərinin, tamaşa və film nümayişlərinin təşkili nəzərdə tutulur.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook