SON XƏBƏR

General Məlikov yüksək vəziyəyə gətirilir

Sentyabr 28
14:38 2017
Ramazan Abdulatipovun istefaya göndərilməsindən sonra Dağıstanın yeni rəhbərinin kim olacağı ilə bağlı müzakirələr aparılır.
 
Bu posta əsas namizədin adı açıqlanıb. Rusiya Qafqaz Xalqları Konqresinin həmsədri Ruslan Qurbanov bildirib ki, bu posta Rusiya Milli Qvardiyasının direktor müavini Sergey Məlikov təyin edilə bilər.
 
Onun sözlərinə görə, Məlikovu artıq bir neçə ildir bu posta hazırlayırmışlar. Hətta buna göpə onu Şimali Qafqaz Federal Dairəsi üzrə prezidentin səlaliyyətli nümayəndəsi təyin ediblər.
 
Qeyd edək ki, Sergey Məlikov milliyətcə ləzgidir və 1965-ci ildə Moskvada dünyaya gəlib. Daxili Qoşunların general-polkovniki Rusiya Mlli Qvardiyasının direktor müavini və Milli Qvardiya Qoşunlarının komandanıdır. 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook