SON XƏBƏR

“General Supply” QSC “Məlhəm Beynəlxalq Hospital”ı məhkəməyə verdi – Rəhbərləri görün kimdir

İyun 24
10:08 2022
Məşhur logistika şirkəti olan "General Supply” QSC "Məlhəm Beynəlxalq Hospital”ı məhkəməyə verib.

32gun.az-ın əldə etdiyi məlumata görə, "General Supply” QSC müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr və alqı-satqı müqaviləsi üzrə mübahisələr barədə barədə tələb irəli sürüb.

İddia hakim Qumru Əliyevanın sədrliyi ilə araşdırılacaq.

Qeyd edək ki, nizamnamə kapitalı 100 AZN olan "Məlhəm Beynəlxalq Hospital”ın qanuni təmsilçisi Ələddin Cabbarov Sədir oğludur.

Ələddin Cabbarov həmçinin "Diaqnoz Tibb Mərkəzi”nin baş həkimidir.

Nizamnamə kapitalı 2000 AZN olan "General Supply” QSC-nin qanuni təmsilçisi Natalya Kazımzadə Viktorovnadır.
 
Qlobal.Az




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook