"General" vəfat edib
Fevral 21
09:30
2023
Azərbaycanın teatr və kino aktyoru, Xalq artisti, Prezident təqaüdçüsü, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aparıcı səhnə ustası, Beynəlxalq Teatr festifallarının mükafatçısı Ramiz Novruz vəfat edib.
AZƏRTAC xəbər verir ki, bu barədə onun yaxınları məlumat veriblər.
Təyinatla H.Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrına göndərilib. Burada Knyaz Zvezdiç ("Maskarad", M.Lermontov), Məsxərəçi ("Muradın kələkləri", T.Kazımov), General Şıxlinski ("Bütün Şərq bilsin", Nəriman Həsənzadə) rollarını ifa edib. O, 1981-ci ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının truppasına daxil olub. Elə ilk günlərdən teatrda hazırlanan tamaşalarda ona irihəcmli və mürəkkəb xarakterli rollar tapşırılıb.
R. Novruzun yaradıcılığının bir qolunu da kino fəaliyyəti təşkil edir. O, "Nizami" filmində Dərbənd elçisi, "Sizi dünyalar qədər sevirdim" filmində general Həzi Aslanov və s. rollara çəkilib. H.Cavidin "Topal Teymur" (Divanbəy), L.Tolstoyun "Kreyser sonatası" (Musiqi müəllimi), V.Şekspirin "Antoni və Kleopatra" (Antonio), O.Kamalın "Dodaqdan qəlbə" (Kənan bəy), "Yad qızı" (Nihad) və s. maraqlı rollar oynayıb.
Ramiz Novruz həm də bir neçə pyes yazıb və bunlardan ikisi tamaşaya qoyulub.