Generalın Avropada 68 evdən ibarət yaşayış kompleksi üzə çıxdı – (FOTO)
Oktyabr 19
00:35
2019
Sumqayıt Baş Gömrük İdarəsinin rəisi Vəzir Həsənovun Çexiyada 68 evdən ibarət yaşayış kompleksi üzə çıxıb.
Qlobal.az xəbər verir ki, bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli məlumat yayıb. Onun sözlərinə görə, Çexiyanın Brno şəhərinin Holasice qəsəbəsində yerləşən kompleksin tikintisini Vəzir Həsənovun "HASAN&SONS” şirkəti həyata keçirib. Bu şirkət də Çexiyada fəaliyyət göstərir.
Məlumatda qeyd edilir ki, Dövlət Gömrük Komitəsinin tranzit əməliyyatları şöbəsinin rəisi Fərid Vəliyev də kompleksə şərikdir.
Qlobal.az